Bu gün:

10 min addım atmağa vaxtı olmayanlar üçün dörd alternativ


10 min addım atmağa vaxtı olmayanlar üçün dörd alternativ

Mütəxəssislər illərdir 10 min addımın sağlam olmaq üçün gündəlik hədəf olduğunu deyirlər, lakin hər kəsin gündə təxminən iki saat çəkən bu hədəfi tamamlamağa vaxtı olmur. Beləliklə, bunun alternativi olaraq nə edə biləcəyinizi bilirsinizmi?

Gündə 10.000 addım, beş kilometrə ekvivalentdir, sağlamlıq üçün optimal fəaliyyət hesab olunur və araşdırmalar göstərir ki, bu, arıqlamaqdan tutmuş ürək xəstəliyi və demans kimi xəstəliklərin riskini azaltmağa qədər bir çox şeyə kömək edə bilər.

Lakin ABŞ-dakı statistikaya görə, insanlar gündə orta hesabla 5000-7000 addım atır və yalnız əhalinin 17 ℅-i gündə 10.000 addım atır.

Beləliklə, addım sayını necə artıra bilərsiniz? Mütəxəssislər bunun üçün 4 üsul təklif edir:

Pilləkənlərdən istifadə

Həkimlər deyirlər ki, gündə beş pilləkən qalxmaq, gündə 10.000 addım atmağa oxşayır. Hər ikisi sağlamlığımız üçün dəyişikliyə səbəb ola bilər.  

Böyük Britaniyada 450.000 insanı 12 il ərzində müşahidə edən araşdırmada tədqiqatçılar pilləkənlərə qalxmağın ürək xəstəliyi riskini demək olar ki, 20 % aşağı saldığını aşkar ediblər.

Yarım saatdan az məşq edin

Alimlər deyirlər ki, hər gün yarım saatdan az velosiped sürmək və ya qaçmaq on min addıma bənzər sağlamlıq faydaları təmin edir.

2023-cü ildə dərc edilən 11.000 nəfərin meta-analizi göstərib ki, gündə cəmi 22 dəqiqə idman edənlərin ölüm riski ümumiyyətlə məşq etməyənlərlə müqayisədə 40 % azdır.

Gündə 5 mindən 7 min addıma qədər sürətli gəziş 

Danimarka və Avstraliyadakı tədqiqatçıların 78.500 insan üzərində apardığı araşdırmaya əsasən alimlər deyir ki, daha az addımlarla daha sürətli yerimək də sağlamlığımız üçün faydalıdır.

Ayaq üstə işləmək

Çəki itirmə mütəxəssisləri deyirlər ki, ayaq üstə işləmək, oturaq fəaliyyət göstərməkdən daha yaxşıdır. 

Mənbə : sözcü.com.tr

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et