Bu gün:

“Fiziki cəza verməklə uğurlu nəticə əldə etmək olmur“


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi uşaq psixoloqu Zeynəb Eyyubovadır. O, uşaq tərbiyəsindən danışıb.


-Uşaq tərbiyəsi bəzən fiziki cəzalar üzərində qurulur. Bu nə dərəcədə düzgündür, uşaq tərbiyə edərkən diqqət yetirilməli vacib məqamlar nələrdir? 


Ümumiyyətlə, belə bir deyim var ki, uşaqlarınıza heç nə öyrətməyin. Onlar sizi təqlid edəcəklər. Yəni onlar valideynlərdən gördüyü münasibəti edəcəklər. Fiziki cəzanın insan üzərində  müsbət nəticə vermədiyi dəfələrlə sübut olunub. Heç bir uşağa fiziki cəza verməklə uğurlu nəticə əldə etmək olmur. Hətta çətin tərbiyə olunan uşaqlarda belə bu yaxşı nəticə vermir. Uşaqların tərbiyəsi zamanı onların vicdanına işləmək lazımdır. Çünki burada böyük bir düstur var. Uşağın hərəkəti bərabərdir onun valideynə etdiyi təsir və hiss etdiyi duyğu. Məsələn, sən bu hərəkəti etdin, mən çox pis oldum və utandım. Uşağın hər hansı hərəkətinə görə uşağa etiketi qoyub sən pissən, sən yaramazsan və s. kimi sözlər yerinə, onun məxsus hərəkətinə diqqət yetirmək lazım və bu hərəkəti vicdan yükü ilə düzəltmək lazımdır. Yəni uşaq tərbiyəsi zamanı vicdan məsələsi çox önəmlidir. Vicdanı olan hər kəs istər böyük, istərsə də uşaq tərbiyədən kənar hərəkət etməyəcək. 


Nailə Hadizadə

Paylaş
Şərh əlavə et