Bu gün:

Kumirə sahib olmaq, rol model nədir?


Rol model sahibi olmaq və rol model olmaq...


“Rol model” anlayışını “insanların, xüsusən də böyüdükləri zaman onların davranışlarına heyran olduqları və təqlid etdikləri bir insan” olaraq təyin edə bilərik. Uşaqların ilk örnək aldıqları və ya təqlid etdikləri insan anaları və ataları olur. Məhz buna görə ailə tərbiyəsinin son dərəcə vacib olduğunu düşünürük...
Böyüdükcə, karyeramızda irəlilədikcə fərqli vaxtlarda hamımızın fərqli kumirləri olur.

Sosial öyrənmə:
Sosial öyrənmə uşaqlıq, yetkinlik və yaşlılıq dövründə insan inkişafının ən vacib vasitələrindən biridir. Xüsusilə valideynlərin və uğurlu insanların təqlidi insan bacarıqlarının inkişafında çox mühüm yer tutur.

Valideynlər:
Övladlarının sağlam, xoşbəxt, hörmətli və həssas fərdlər olmasını istəyirlər, lakin bu dəyərləri əks etdirən davranışlar sərgiləmədikcə arzuları reallaşmır. Uşaq böyüklərə baxanda həyatında təsirli olacaq vərdişlər və perspektivlər əldə edir. Buna görə də müsbət örnəkləri təqlid etmək və başqaları üçün müsbət örnək olmaq son dərəcə önəmli bir məsuliyyətdir. Odur ki, uşaqlarımızı müsbət, həssas, yüksək əxlaqlı ictimai vərdiş və bacarıqlara əsaslanaraq tərbiyə etməyin ən təsirli yolu onlara düzgün örnək olmaqdır.

İş həyatında rol model olmanın əhəmiyyəti:
Təqlid etdiyimiz insanların inkişafımıza əhəmiyyətli dərəcədə təsir etdiyini bildiyimizə görə yaxşı bir örnək olaraq nələrə diqqət yetirməli olduğumuz çox önəmlidir. Bu məlumatın işığında seçdiyimiz rol modeli aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

- Müsbət münasibət çox vacibdir. Rol modeli müsbət davranış nümayiş etdirən biri olmalıdır. Təqdir, minnətdarlıq, gülər üz kimi hər bir qapını açan vərdişləri kumirlərimizdə görməyin təsiri danılmazdır.

- Fərdi və sosial fərqlərə, müxtəlifliyə dözmək lazımdır. Rol modelinin alçaldıcı və təcridedici davranışlar nümayiş etdirdiyini görən uşaq və ya iş adamı çox güman ki, bu münasibəti təqlid edəcək və ya daxili qarışıqlıq yaşayacaq.

- İnsanlar örnək olaraq valideynlərini və ya müxtəlif sahələrə maraq göstərən aparıcı şəxsiyyəti seçsələr onların özünə inamı daha yüksək ola bilər. Bu cür rol modelləri risk götürmək və müxtəlif mövzulara diqqət yetirmək istəyi və bacarığı daha yüksək olduğundan, nümunə götürən insanların iş və şəxsi həyatlarında müvəffəqiyyət qazanma ehtimalı artır.

Örnək olmaq örnək seçmək qədər vacibdir!
Örnək sahibi olmaq məsələsi çox önəmli olduğundan inanıram ki, insanlar və qurumlar, xüsusən də yüksək vəzifələrdə çalışanlar, məhsul və xidmətləri ilə başqalarının həyatına əhəmiyyətli dərəcədə təsir edənlər, istəsələr də, istəməsələr də “örnək” olmaq məsuliyyəti daşıyırlar. Bu şəxslər və ya qurumlar belə məsuliyyət daşıdıqlarını bilməlidirlər.

Mənbə: BSH Blog

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et