Bu gün:

Küstüm gülünün yarpaqları niyə toxunduqda bağlanır?


Küstüm çiçəyi qidalanmaya ən çox ehtiyacı olan çiçəklər arasındadır. Çox incə bir quruluşa malikdir. Qoxusu və görünüşü ilə diqqət çəkən küstüm çiçəyi bəzi spesifik xüsusiyyətlərə malikdir. 


Küstum çiçəyini ləçəklərinin açılıb bağlanmasına görə məşhurdur. Bir çox insanın fikrincə, çiçəyin mənası bu yarpaq hərəkətlərindən irəli gəlir.


Xüsusilə zəlzələ zamanı yaşanan silkələnmə küstüm çiçəyinin yarpaqlarının əvvəlcədən bağlanmasına səbəb olur. Bu küstüm çiçəyini ictimaiyyət arasında zəlzələdən xəbər verən çiçək kimi məşhurlaşdırıb. Bu səbəbdən kustum çiçəyi bəzi bölgələrdə zəlzələ çiçəyi kimi də tanınır.


Küstüm çiçəyi ümumiyyətlə bəzək gülü hesab olunur. O qədər gözəlliyə malikdir ki, evdə yetişdirilsə və baxılsa, evə vizual ziyafət verə bilər.


Küstüm çiçəyi çox maraqlı müdafiə sisteminə malikdir. Bu bitkinin yarpaqlarına toxunduqda bir neçə saniyə ərzində yarpaqların sap ilə birlikdə gövdəyə doğru əyildiyini görəcəksiniz. Təmas davam edərsə, çiçək aşağı hərəkət edərək bədənindəki iti tikanları üzə çıxarır. Bu həşəratları qorxutmaq üçün kifayətdir. Bitkidəki bu hərəkəti həyata keçirən mexanizm elektrik cərəyanları ilə işləyir.


Küstüm çiçəyinə qulluq üçün uyğun mühitlər və nəzərə alınmalı məqamlar aşağıdakılardır:


Küstüm çiçəyinin saxlandığı mühit isti və rütubətli olmalıdır. Küstüm çiçəyi evdə və ya bağ mühitində yetişdirilirsə, bu məqama xüsusi diqqət yetirilməlidir. Ətraf mühitə gün ərzində günəş işığı düşərsə, bu, bitkinin sürətlə böyüməsinə imkan verəcəkdir. Küstüm çiçəyini gündə bir neçə saat günəşə tərəf çevirmək lazımdır. Ancaq yayda onu güclü istidən qorumaq faydalıdır. Bitkinin sağlam böyüməsi üçün suyu saxlamayan bağ torpağı uyğun gəlir.

Torpağı quruduqca suvarma aparılmalıdır. Yay mövsümündə fidanlarını hər gün suvarmaq lazımdır.


Mənbə: sabah.tr

Tərcümə etdi: Sevil İsmayılova



Paylaş
Şərh əlavə et