Bu gün:

Bataqlıqda "bataraq" ölmək mümkündürmü?


Bataqlıq qum, gil, su və qayaların birləşməsindən əmələ gələn sıx formasiyadır.


Adətən boş qumlardakı qum qəfil silkələndikdə baş verir. Qumun içindəki su buxarlana bilmədikdə, yükü daşıya bilməyəcək qədər zəif olan maye torpaq (palçığa bənzər bir quruluş) əmələ gətirir. Bu səbəbdən bataqlığın üstünə basdığınız zaman torpağa bənzəsə də, cisimləri daşıya bilmir və bataqlığa düşməyinizə səbəb olur.


Yəni, onlara güc tətbiq edilmədikcə, bərk görünürlər. Lakin onun üzərindəki təzyiqin 1% dəyişməsi belə bu gelin axıcılıq müqavimətinin azalmasına səbəb olur, yəni maye kimi davranır. Buna görə də kimsə onun üzərində yeriməyə çalışarsa, bataqlığa ilk addımını atdığı anda maye kimi hərəkət etməyə başlayacaq və bu, insanın onun içinə düşməsinə səbəb olacaqdır.


Bir insanın bataqlıqda hərəkət etməsi çox çətindir; çünki o, bütün hərəkət etməyən hissələriniz (sinəniz və kürəyiniz kimi) ətrafında bərk qum kimi hərəkət edir.


Hərəkəti təmin etmək üçün bataqlığın yenidən maye olmasına səbəb olmaq üçün kifayət qədər təzyiq/güc tətbiq etməlisiniz. Bu, çoxlu güc tətbiq etmək deməkdir... Ayağınızı bataqlıqda saniyədə 1 santimetr sürətlə hərəkət etdirmək üçün tətbiq etməli olduğunuz qüvvə, təxminən, orta ölçülü avtomobili qaldırmaq üçün lazım olan qüvvəyə bərabərdir.


Bataqlıqda hərəkətin çətinliyi elmi-fantastik filmlərə görə yanlış iddiaya səbəb olub.


“Slate” tərəfindən aparılan araşdırmaya görə, 1960-cı illərdə yayımlanan elmi-fantastik filmlərin 3%-də bataqlıq və orada qapalı qalan və qaça bilməyən obyekt/insan təsvir edilir.


Bütün bunlara baxmayaraq, bataqlıqlar olduqca məsumdur və demək olar ki, heç vaxt ölümlə nəticələnəcək qədər təhlükəli olmayıblar.


Əslində, bataqlığa "düşmək" olar; amma  içinə "batmaq" olmaz. Çünki orta bataqlığın sıxlığı millilitrdə 2 qram civarındadır. Bir insanın sıxlığı millilitrdə 1 qramdır. Başqa sözlə, bataqlıq insanlardan iki dəfə sıxdır. Bu o deməkdir ki, fizikanın sadə qanunlarına görə istəsən də bataqlığa batmaq olmaz. Bataqlıq sizi həmişə ayaqda saxlayacaq. Buna görə siz ancaq belinizə qədər bata bilərsiniz, amma bundan daha dərinə getmirsiniz. Daha sonra üzə çıxmaq və ayağa qalxmaq üçün səy göstərə bilərsiniz.


Mənbə: mynet.com

Tərcümə etdi: Sevil İsmayılova




Paylaş
Şərh əlavə et