Bu gün:

Dünyada neçə dil var?


Dünyada yüzlərlə ölkə var və məlum olduğu kimi onların hər birinin dili, adət-ənənəsi, yeməkləri və bir çox şeyi fərqlidir. Başqa dilləri öyrənmək və onların mədəniyyətini görmək üçün xaricə gedənlər mütləq bu mədəniyyət şokundan təsirlənirlər.


Dünyada neçə dil olduğunu heç düşünmüsünüzmü? Bu yazını oxumaqla siz dünyada neçə dildə danışıldığını öyrənəcəksiniz. Siz də nəticələrdən təəccüblənə bilərsiniz. Daha çox maraqda qalmaq istəmirsinizsə, oxuyun və sualınızın cavabına baxın.


Əslində, araşdırmalar nəticəsində dünyada 7 mindən çox dilin danışıldığı üzə çıxıb. Müxtəlif bölgələrdə müxtəlif yaşayış məntəqələrində çoxsaylı dillərdə danışılır. Ümumiyyətlə, bu gün bildiyimiz dillər əslində zamanla dəyişmiş və indiki formasını almışdır. Necə ki, türk dili qədim zamanlarda çox fərqli idi.


Təbii ki, zamanla mənimsənilən və ya yoxa çıxan dillər də var. Bunları nəzərə alsaq, hazırda 7 mindən çox dildə danışıldığı bir həqiqətdir. Əksər dillər bəzi digər dillər kimi yoxa çıxmasının qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən qorunur.


Dünyada neçə rəsmi dil var?


Rəsmi və qeyri-rəsmi dilləri bir-birindən ayrı saxlamaq lazımdır. Lakin onların çoxluğuna görə dünyada neçə rəsmi dil var sualına dəqiq cavab vermək mümkün deyil.


Ana dili ilə rəsmi dil fərqli anlayışlardır.


- Rəsmi dillər ölkə daxilində danışılan və qanunla qəbul edilən, rəsmi sahələrdə və təhsil kimi rəsmi işlərdə danışılan dillərdir.

- Doğma dillər yerli bölgələrə əsasən fərqlənə bilən dillərdir.


Bu açıqlamanı nəzərə alsaq, aparılan araşdırmalara baxmayaraq, dəqiq rəqəm demək mümkün deyil.


Mənbə: haberturk.com

Tərcümə etdi: Sevil İsmayılova


Paylaş
Şərh əlavə et