Bu gün:

Stendhal sindromu nədir?


Bu xəstəlik Stenhal sindromu və ya hiperkulturemiya kimi tanınır. Bu, ictimaiyyət arasında sənət zəhərlənməsi kimi də tanınır. Sürətli ürək döyüntüsü, başgicəllənmə, çaşqınlıq, huşunu itirmə və halüsinasiyalar kimi pozğunluqlara səbəb olur. Bu sindrom, xüsusilə sənət əsərlərinin bolluğu, əzəməti və gözəlliyi ilə qarşılaşdıqda vəcd halıdır.

Adından da göründüyü kimi, 19-cu əsrdə yaşamış fransız yazıçısı Stendhalın şərəfinə adlandırılmışdır. Müəllif 1817-ci ildə Florensiyaya səfəri zamanı Santa Crece Bazilikasında Giottonun freskalarını görəndə keçirdiyi hissləri təsvir edə bilmədiyini açıqlayıb. Stendhaldan başqa, 19-cu əsrdə bir çox ziyarətçi Florensiya sənətini görəndə huşunu itirirdi və bunlar qeydə alınıb. Bununla belə, italyan psixiatrı Qraziella Maqerininin 1979-cu ildə Florensiyada bu sindromu yaşayan 100-dən çox insanı müşahidə etməsindən sonra ona Stendhal sindromu adı verilib.

Stendhal sindromunun əlamətləri hansılardır?

Stendhal sindromu möhtəşəm sənət əsərinə qarşı yüksək həssaslıq vəziyyətidir. Sənət əsərlərinin bolluğundan və gözəlliyindən təsirlənən sənətin zəhərlənməsi vəziyyətidir. Bu sindromu olan insanlarda başgicəllənmə, huşunu itirmə, çaşqınlıq, sürətli ürək döyüntüsü, aşağı qan təzyiqi və hətta halüsinasiyalar ola bilər. Sənət əsərlərinin bolluğu və gözəlliyi qarşısında yaranan bu vəziyyət həddindən artıq emosional gərginlik halıdır. Məhz insan heyran olduğu sənət əsərini özünəməxsus şəkildə mənimsədikdə qeyri-real yorğunluğa və şüurun qeyri-müəyyənliyinə səbəb olur. Bədəni fiziki cəhətdən tükəndirən bu sindrom panik atak xəstəlikləri ilə də müəyyən ümumi xüsusiyyətlərə malikdir. Bu, həm də səyahət edən sənətsevərlərin bədii quruluşun möhtəşəmliyinə heyran qaldığı zaman baş verir.

Stendhal sindromu necə müalicə olunur?

Tezliyindən və növlərindən asılı olaraq sindromun müalicəsi var. Stendhal sindromu hər insanda eyni simptomları göstərən bir xəstəlik deyil. Bu pozğunluqla insanlar xarakterindən asılı olaraq müxtəlif emosiyalar yaşayırlar. Rəssamlıq, heykəltəraşlıq və fotoqrafiya kimi sənətin müxtəlif sahələrinə fərqli reaksiya verə bilərlər. Fərqli reaksiyalara görə müalicəni fərdi şəkildə tətbiq etmək vacibdir. Bu problemi yaşayan insanlara ilk növbədə psixoloji təlim verilir. Sonra bu insanlara istirahət, bədənlərini nəmləndirmə, müntəzəm qidalanma və günəşdən qorunma kimi profilaktik tədbirlər görülür. Psixiatriyada insanların təsvir etdiyi pozğunluqlara uyğun olaraq psixoloji müalicələr də tətbiq edilir. Xəstə panik atak keçirdikdə, xəstəni sakitləşdirmək və panik atakların qarşısını almaq üçün dərmanlar verilir. Həkim dərmanın miqdarını xəstənin vəziyyətinə uyğun olaraq tənzimləyir.

Mənbə: sabah.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et