Bu gün:

Səs gözəlləşdirmənin yolları hansılardır?


Səsin Gücləndirilməsi, Səsi necə gözəlləşdirmək olar?

Hər bir insanın özünəməxsus səs tonu var. Hətta əksər insanları səs tonu və danışıq tərzinə görə tanımaq mümkündür. Səs insanın barmaq izinə bənzəyir. Başqa sözlə desək, onun şəxsiyyətini formalaşdıran ünsürlərdən biridir. Bəzi hallarda insan öz səs tonunu bəyənməyə bilər. Belə hallarda o, səs tonunun fərqli olmasını istəyir. 

İnsan səsi ağciyərlər qəbul etdikləri havanı buraxdıqda yaranır. Ağciyərlər optimal şəkildə istifadə edildikdə, səs daha yüksək və aydın səslənəcəkdir. Diafraqma əzələlərini şüurlu şəkildə istifadə edərək, nəfəsi daha yaxşı istifadə etmək və səsi daha yaxşı eşitdirmək mümkündür. Bu səbəbdən diafraqmadan səs almaq lazımdır. Diafraqmadan alınan hər nəfəs qarın nahiyəsinin şişməsinə səbəb olacaq. Ən sağlam səs diafraqmadan alınan hava çıxdıqda yaranır. Digər tərəfdən, səsdən başqa qırtlaqdan gələn səslər də var. Başqa bir səs növü burun səsidir. Bu səs insanı yoran bir səsdir.

Səsin gözəlləşdirilməsi üçün təbii üsullar hansılardır?

Heç bir dərman, kimyəvi və əməliyyat olmadan səsi gözəlləşdirmək mümkündür. Səsi yumşaldacaq, sağaldacaq və gözəlləşdirəcək ən vacib faktorlar bunlardır:

1. Cəfəri suyu

Cəfəri suyu səs tellərinin yorğunluğunu aradan qaldırır və boğazda rahatlama təmin edir. Eyni zamanda qaraciyərin təmizlənməsinə kömək edən cəfəri suyu ilə səs tellərindəki qıcıqlanmaları aradan qaldırmaq olar.

2. Adaçayı

Adaçayı müntəzəm istifadə edildikdə, boğaz keçidlərini yumşalda və daha yüksək səs çıxara bilmək mümkündür. 

3. Bildirçin yumurtası

Bildirçin yumurtasını çiy və ya bişmiş halda qəbul etmək səs tellərindən daha yaxşı istifadə etməyə imkan verir.

Uşaqlıqdan qəbul edilən bildirçin yumurtası yeniyetməlikdən sonra səsi yaxşılaşdırmağa kömək edir.

4. Darçınlı su

Darçınlı su sağlamlığı hər cəhətdən qoruyan bir içkidir. Darçın səs tellərini yumşaldır və səsin xırıltısını aradan qaldırmağa kömək edir.

5. Turp suyu

Turp tənəffüs yolu infeksiyalarında boğuq səsi bərpa etmək üçün istifadə edilən tərəvəzdir. Səsini gözəlləşdirmək istəyənlərin istifadə edə biləcəyi təsirli qidalardan biridir. Turp suyu səs tellərini açır və daha aydın səs tonu əldə etməyə imkan verir.

6. Alma qabığı çayı

Alma qabığı ilə dəmlənmiş bitki çayı səsi gözəlləşdirməyin yollarından biridir. Səssiz səsi yaxşılaşdırmaq və daha təsirli səs tonuna sahib olmağa kömək edir.

7. Zəncəfil çayı

Müntəzəm olaraq zəncəfil çayı içilən zaman səsin əvvəlkindən daha yaxşı tonda olduğunu görmək olar.

8. Bənövşə yağı

Bir neçə damcı bənövşə yağı əlavə edilən su ilə qarqara etməklə boğuq səsi daha da yüksəltmək mümkündür.

Səsin gözəlləşdirilməsi prosesində diqqət etməli olunanlar:

Sakit və Yumşaq danışmaq

Mümkün qədər yüksək səslə danışmaqdan çəkinmək. Yüksək səslə danışmaq səs tellərini yoran bir davranışdır.

Bol su içmək

Siqaret və alkoqol vərdişləri də səsin təsirsiz olmasına səbəb olur. Daha yaxşı səs tonu üçün bu vərdişlərdən əl çəkməyə cəhd edilməlidir.

Siqaret təkcə siqaret çəkənin səsinə deyil, həm də ətrafındakıların səs keyfiyyətinə təsir göstərir. Bu səbəblə siqaret çəkən mühitlərdən uzaq durmağa çalışılmalıdır.

Sağlam və Təbii İçkiləri Seçmək

Çay və qəhvə kimi içkilər zamanla səs tellərini köhnəlir. Bu içkilər yerinə təbii meyvə şirəsi və ya bitki çayı içməyə çalışılmalıdır.

Mənbə: Tgrt Haber

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et