Bu gün:

Zeytun yağı haqqında yanlış bildiyimiz faktlar


Zeytun bütün ağacların birincisidir. Zeytun ağacı çox uzun ömür sürdüyü üçün ona ölməz ağac da deyirlər. Bütün fəsillərdə yaşıl olan bu ölməz ağacın meyvəsini sıxaraq dünyanın ən saf və ən sağlam yağını, zeytun yağını əldə edirik. Zeytun yağı ilə hazırlanan yeməklərdən, zeytun yağlı yeməklərdən, salatlardan, kartof qızartmasından doymaq olmur. Çörəyi batırıb yeyirik, üzərinə limon sıxırıq, yeyirik, qara bibər töküb yenə yeyirik.

Lakin onun dadı, aydınlığı, rəngi, acılığı və keyfiyyəti haqqında çoxlu yanlış məlumatlarımız var. Kristal Oils-in baş meneceri Kristofer Doloqdan səhv öyrəndiyimiz şeyləri soruşduq və ondan bizi düzəltməsini istədik.

Zeytun yağı ilə qızartmaq olmaz?

Yanlış 

Zeytun yağı ilə qızartmanın olmaması barədə məlumat yanlışdır. Çünki zeytun yağının yanma temperaturu digər bitki yağlarına bənzəyir və digər yağlardan qat-qat istiliyə davamlıdır. “Zeytun yağı ilə qızartmaq olmaz” düşüncəsinə səbəb olan isə sızma zeytun yağı ilə hazırlanan qızartma prosesində tüstünün müşahidə olunmasıdır. Bu dumanın səbəbi təbii sızma zeytun yağının tərkibindəki ətirli komponentlərin intensiv olması və bu komponentlərin temperaturla birlikdə buxarlanmağa başlamasıdır. Temperatur artdıqca zeytun yağının təbii quruluşunda olan bu uçucu komponentlər havaya qarışır. Lakin bu o demək deyil ki, zeytun yağı yandırılır. Fritözlərdə ən yüksək qızartma temperaturunun təxminən 180-190 dərəcə olduğunu görürük. Lakin zeytun yağının yanma temperaturu digər bitki yağlarında olduğu kimi 200 dərəcədən xeyli yuxarıdır. Hər növ zeytun yağı həm isti, həm də soyuq yeməklərdə istifadə edilə bilər. Ancaq tüstü görmək istəməyənlər riviera zeytun yağı ilə qızartda bilərlər. Qida Kimyası tərəfindən edilən araşdırmaya görə, sızma zeytun yağının tərkibindəki antioksidantlar və polifenollar bişmə və qızartma zamanı tərəvəzlərə keçir və beləliklə, tərəvəzlərin qida dəyərini artırır.

Zeytun yağının keyfiyyəti onun rənginə görə müəyyən edilir

Yanlış 

“Yaşıl zeytun yağı sarı zeytun yağından yaxşıdır” kimi yanlış bir fikir var. Bununla belə, zeytun yağı təbii məhsuldur və rəngi sarıdan yaşıla qədər dəyişə bilər. Bu baxımdan zeytun yağında rəng müəyyənedici keyfiyyət meyarı olmasa da, rəngə baxaraq keyfiyyət haqqında şərh vermək yanıltıcı olardı. Zeytun yağının rəngi zeytun çeşidinə, məhsul vaxtından və ya iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən dequstatorların rəngdən təsirlənməməsi üçün məsələn: dequstasiya panellərində tünd dequstasiya eynəklərindən istifadə edilir.

Zeytun yağı çox qaldıqda xarab olurmu?

Yanlış

Təkcə zeytun yağı deyil, bütün yağlar isti, işıq, yad cisim və havanı sevmir. Zeytun yağı stəkan və ya qalay paketində bağlı olaraq sərin, qaranlıq və quru yerdə saxlanılarsa, saxlama müddəti boyunca özünü qoruyacaq. Çünki zeytun yağının quruluşu son dərəcə davamlıdır. Bununla belə, uyğun saxlama şəraitində saxlanmayan zeytun yağı, üzərində göstərilən tövsiyə olunan istehlak tarixindən əvvəl keyfiyyətini itirə bilər. Bu səbəbdən istehlakçılara təkcə zeytun yağını deyil, bütün digər yağları piştaxtaya və ya lavabonun altına qoymamağı tövsiyə edirik.

Zeytun yağını soyuducuda saxlamaq lazımdırmı?

Yanlış

Zeytun yağını soyuducuda saxlamaq lazım deyil. 18 - 22 dərəcə ideal saxlama şəraiti olaraq təyin olunur. Bununla belə, istehlakçılarımız zeytun yağlarını saxlama müddəti ərzində evlərinin ən soyuq, ən qaranlıq və ən quru kabinetində saxlaya bilərlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Aytən Babaşova

Paylaş
Şərh əlavə et