Ördəklər uça bilərmi?

Cənubi Amerikadakı üç növ ördək istisna olmaqla bütün yetkin ördəklər uça bilər. Qaz qohumları kimi əksər ördəklər yaz və payızda bir mülayim iqlimdən digərinə uçan köçəri quşlardır. Bir çox ördək növləri 40-60 ördəkdən ibarət qruplarda "V" formasında uçur. Onlar saatda 55 mil sürətlə və 9000 fut yüksəklikdə uça bilirlər. Ördək balası adlanan yeni doğulmuş ördəklər lazımi lələk və əzələ quruluşunun olmaması səbəbindən təxminən 2 aylıq olana qədər uça bilmirlər. Tüpürmə dövrlərində ördəklər tez-tez uçmaqda çətinlik çəkir və bu da onları yırtıcılara qarşı həssas edir. Ördəklər Antarktidadan başqa bütün qitələrdə yaşayır və hər ördəyin hər il uçduğu xüsusi "miqrasiya marşrutu" var.
Mənbə: 411 answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva
