
Uzun və qalın kirpiklərə sahib olmaq gözlərinizi gözəl göstərir. Kirpiklər tez-tez tökülə bilər ki, bu da həm görünüşə, həm də sağlamlığa böyük təsir göstərir. Kirpik tökülməsinin səbəblərini sizin üçün topladıq.
Kirpiklərin yeganə faydası estetik görünüşə təsir etmək deyil. O, həmçinin gözü müxtəlif toz hissəciklərindən, yad maddələrdən və günəş işığından qorumağa xidmət edir. Kirpiklərin tökülməsi nəticəsində kirpiklər gözəlliyini itirir və öz işini görə bilmir.
Tibb ədəbiyyatında kirpik tökülməsinə madaroz deyilir. Fərqli kosmetik məhlullarla süni kirpiklərin tətbiqi çağımızda uğurla davam etsə də, bu kirpiklər təbii kirpikləri əvəz etmir.
Kirpiklər niyə tökülür?
Normalda kirpiklərin həyat dövrü iki və ya üç aydır. Bu dövrdə tökülən kirpiklərin yerində yeni kirpiklər böyüyür. Xüsusilə, gözləri sərt silmək, keyfiyyətsiz və ya sərt fırçalarla kirpik və göz makiyajı, yaxud ağır göz makiyajı etmək, lazım olandan çox göz tuşu istifadə etmək, keyfiyyətsiz makiyaj məhsulları seçmək kimi davranışlar da kirpik itkisinə səbəb olur.
Kirpiklərin tökülməsinin səbəbləri nələrdir?
Kirpiklər müxtəlif səbəblərdən tökülür. Bu səbəblər əsas amillərdən asılı olaraq dəyişir. Kirpiklərin tökülməsinin səbəbləri aşağıdakı kimi ifadə edilir:
•Kosmetik məhsullardan istifadə
•Makiyajın düzgün silinməməsi nəticəsində yaranan makiyaj qalıqları
•Qeyri-adekvat və qeyri-sağlam qidalanma
•Tiroid problemlərinin olması
•Psoriasis, skleroderma, lupus, romatoid artrit kimi bəzi xəstəliklər
•Kimyaterapiya və ya radiasiya terapiyası
•Stress
•Menopozun səbəb olduğu hormon dəyişiklikləri
•Müxtəlif dərmanların istifadəsi də kirpiklərin və ya qaşların itməsinə səbəb ola bilər.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
