Bu gün:

Niyə gözümüzü qırpırıq?


Hərdən gözümüzü qırpırıq. Biz bunu bilmədən edirik, elə deyilmi? Bunun bir neçə səbəbi var. 

Hər şeydən əvvəl, orta hesabla hər beş saniyədən bir gözümüzü qırpdığımızı bilirdinizmi? Göz qapaqlarımız bağlandıqda, göz almamız göz yuvamızın içərisinə çəkilir. Göz qapaqlarımız açılanda əvvəlki vəziyyətinə qayıdır.

Göz qırpmağın gözlərimizin sağlamlığı üçün üç mühüm funksiyası var.

Birinci:

Göz qapağı bağlı olduqda göz almamız nəmlənir və beləliklə, gözün qurumasının qarşısını alır.

İkinci:

Gözlərimizi xarici təhlükələrdən qoruyur. Toz, torpaq, lələk və s. gözə girməyə çalışsalar belə, göz qapağı onları bloklayır. 

Üçüncü:

Göz qırpma refleksi ilə gözlərimiz müəyyən bir nöqtəyə daha asan fokuslana bilir.

Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et