Bu gün:

Sunami nədir və niyə baş verir?


Sunami okeanda və ya dənizin dibində baş verən zəlzələlər, meteoritlərin düşməsi, dənizin altındakı nüvə partlayışları kimi tektonik hadisələr və enerjinin dənizə keçməsi nəticəsində yaranan uzunmüddətli dəniz dalğasını təmsil edir.

Vulkan püskürməsi və bununla bağlı dib çökməsi, yer sürüşmələri və qasırğalar sunamilərə səbəb ola bilər. 

Əvvəllər sunami dalğalarına "gəl-get dalğaları" da deyilirdi. 

Sunamilərin 80%-i Sakit okeanda baş verir. Yunan tarixçisi Fukidid "Peloponnes müharibəsinin tarixi" kitabında sunamilərin sualtı zəlzələlər nəticəsində baş verdiyini irəli sürürdü. Bu nəzəriyyəni irəli sürən ilk şəxs Fukidid kimi tanınsa da, sunaminin əmələ gəlməsi haqqında 20-ci əsrə qədər çox şey məlum deyildi. 

İlk geoloji, coğrafi və okeanoqrafik məqalələrdə sunamilərə "seysmik dəniz dalğaları" deyilir. Tropik qasırğalar kimi bəzi meteoroloji şərait, fırtına dalğaları adlanan tufanlar zamanı dənizin qalxması fenomeni ilə böyük aşağı təzyiqli ərazilər yarada və meteosunamilərə səbəb ola bilər. 

Meteosunami də dəniz səviyyəsini normal gəl-getlərdən bir neçə metr yuxarı qaldıra bilər. Bu dəyişiklik aşağı təzyiq zonasında atmosfer təzyiqinin aşağı olması ilə əlaqədardır. 

Sunami dalğaları adi sualtı cərəyanlara və ya dəniz dalğalarına bənzəmir, çünki onların dalğa uzunluqları daha uzundur. Sunami əvvəlcə sürətlə yüksələn "gəl-get"i xatırlada bilər. Buna görə də "gəl-get" dalğası adlanır, baxmayaraq ki, bu ifadə elmi ictimaiyyət tərəfindən seçilmir. 

"Gəl-get"lər və sunamilər arasındakı səbəb əlaqəsinin yanlış anlaşılmasına səbəb ola bilər. Sunamilər, ümumiyyətlə, dalğa qatarları adlanan və dəqiqələrdən saatlara qədər dəyişən bir sıra dalğalardan ibarətdir. Böyük hadisələrlə on metrlərlə dalğa hündürlüyü baş verə bilər. 

Sunamilərin təsiri sahilyanı ərazilərlə məhdudlaşsa da, onların dağıdıcı gücü çox böyük ola bilər və bütün okean hövzələrinə təsir edə bilər. 

2004-cü ildə Hind okeanında baş verən sunami bəşər tarixində ən ölümcül təbii fəlakətlərdən biri olub. Hind okeanı ilə həmsərhəd 14 ölkədə ən azı 230.000 insanın ölümünə və ya itkin düşməsinə səbəb olub.

Mənbə: Milliyet

Tərcümə etdi: Fatimə Şükürova


Paylaş
Şərh əlavə et