Qadınlar niyə daha tez qocalır?
Kişi və qadın münasibətləri əsrlər boyu həmişə maraq mövzusu olmuşdur. Kişi və qadın arasındakı fizioloji fərqlər bir çox elm tərəfindən araşdırılan məşhur sahələr arasındadır.

Qadınlar təbiətlərinə görə karyera və iş həyatındakı stresslərdən daha tez təsirlənirlər. Bu stresslərdən qaynaqlanan hormonal dalğalanmalar depressiyaya səbəb ola bilər. Mövsümi əhval pozğunluqları da erkən aşınmaya səbəb olur.
Dermatoloqların apardığı araşdırmaya görə, kişilərin dərisi qadınların dərisindən 25 faiz daha qalındır. Üz dərisinin bu vəziyyəti insandan insana dəyişə bilər. Kişilərin üzlərində daha az qırış olsa da, bunlar daha qabarıq və dərin qırışlardır.
Mənbə: Nasilbe
Tərcümə etdi: Nəzri Süleymanova
