Bu gün:

Fobiya nədir?


Xarici təhlükələrə emosional reaksiyalarımızı qorxu adlandırırıq. Fobiyalarımız hiss etdiyimiz qorxu növüdür. Bir situasiyanın qorxusunun insanın gündəlik həyatına mənfi təsir etməsi fobiyadır. Fobiyalar insanlarda tez-tez görülən narahatlıq pozğunluqlarıdır. Fobiyası olan insanlara fobik də demək olar.

Hər bir canlı instinktiv olaraq təhlükəli hesab etdiyi, varlığını və həyatını təhdid edən vəziyyətlərdən qaçır. İnsan şüuru bu qaçmağı qorxu kimi qəbul edir. Qorxu bir növ qabaqcadan xəbərdarlıq mexanizmidir. İnsanın təhlükəli və ya həyatı üçün təhlükə kimi qəbul etdiyi vəziyyətlərdən qaça bilməməsi və ya onlardan qaçmasına baxmayaraq emosional olaraq rahatlaya bilməməsi qorxunun nəzarətdən çıxması deməkdir. İnsanın rahatlaya bilməməsi nəticəsində yavaş-yavaş qorxu və təşviş artaraq narahatlıq yarana bilər. Bu narahatlıq insanın gündəlik həyatına mənfi təsir edir və insanın xaricində fəaliyyət göstərən bir mexanizmdir.

Fobiyalar cəmiyyətdə xəstəlik deyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir. Bu səbəbdən də müalicə üçün səhiyyə müəssisələrinə müraciət edənlərin sayı çox azdır. Fobiyalar kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Mənbə: medicalpark.com.tr

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et