
Qar buz kristallarının bir araya gəlməsi nəticəsində əmələ gəlir və təzəcə düşən qar dənələrinin səthinin məsaməli quruluşu qarın səs dalğalarını udmasına şərait yaradır. Səs havada təzyiq dalğaları yaradaraq yayılır. Bu dalğalar enerjinin toqquşma yolu ilə molekuldan molekula ötürülməsi sayəsində çox uzun məsafələrə çata bilir.
Qarın bu xüsusiyyəti onun quruluşu və yağma vaxtı ilə sıx bağlıdır. Çünki zaman və hava şəraiti qar dənəciklərinin səthinin strukturunda dəyişikliklərə səbəb olur. Səthdəki su kristalları əriyib yenidən donduqda qar dənəcikləri daha sərt və hamar olur və beləliklə, səs dalğalarını daha asan əks etdirir. Bu şəraitdə səs dalğaları daha sürətli yayılır və səs daha aydın eşidilir.
Mənbə: bilimgenç.tr
Tərcümə etdi: Səmayə Qədirova
