Bu gün:

“İnsanlar nə qədər sosial mediadan geniş istifadə edirlərsə…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi ailə və uşaq psixoterapevti Aynur İsmayılovadır. O, internetin ve sosial medianin insanlara təsiri haqda danışıb.

-İnternetin və sosial medianın yüksəlişinin əlaqələrimizə, cəmiyyətimizə və psixi sağlamlığımıza təsirləri nələrdir?



İnternet və sosial media sosial həyatımızın inkişafına müsbət təsir etməklə yanaşı, mənfi də təsir edir. İldən-ilə sosial inkişafın maddi rifah halının yaxşılaşdırılmasında internetin rolu böyükdür. İnsanlar nə qədər sosial mediadan geniş istifadə edirlərsə, bir o qədər də az canlı ünsiyyət qurur, getdikcə bir-birindən uzaqlaşır, “telefonum, komputerim varsa, dosta, yoldaşa nə gərək var?” prinsiplərini özləri hiss etmədən yaşayırlar. Əvvəlki illərlə müqayisədə dövrümüzün insanları daha çox depressiv, aqressiv və stesslidir. Çünki sosial media vasitələri ilə axtardığı hər şeyi süni yolla və daha tez əldə edirlər. Sürətli nəticə insanı getdikcə özünə qapalı edir, bu hal depressiyaya çevrilir. Mediada hər hansı paylaşılan bir məlumatı və ya videonu izləmək müxtəlif xarakterli, problemli (depressiv, stresli, həyəcan və təşvişi yüksək olan, fobiyası, panika atakı) olan insanların düşüncəsinə də müxtəlif cür təsir ederək psixi sağlamlıqlarına zərər verir.

Səbinə Cəfərzadə

Paylaş
Şərh əlavə et