Bu gün:

Niyə təyyarələrdə telefondan istifadə qadağandır?


Nəqliyyatın ən rahat ixtiralarından olan təyyarələrdə telefonların istifadəsi qadağandır. Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə telefonların təyyarələrdə istifadə edilməməsinin səbəbi, əslində, təyyarənin qəzaya uğraması riski deyil. Sırf texniki səbəblərə görə cihazların istifadəsinə icazə verilmir. Niyə təyyarələrdə telefonlardan istifadə edə bilməzsiniz sualının cavabı budur. 

Təyyarədə sərnişinlərin olub-olmamasından asılı olmayaraq uçuş və eniş zamanı elektron cihazlar söndürülməlidir. Cihazların yalnız uçuş rejimində istifadəsinə icazə verilir. Bundan başqa, sərnişinlər əlaqə saxlamaq üçün mobil telefonlarından istifadə edə bilmirlər. 

Təyyarənin qüllə ilə əlaqəsini əngəlləyir

Federal Aviasiya Administrasiyası (FAA), mobil telefonlar kimi elektromaqnit dalğaları ilə əlaqə saxlayan cihazların təyyarələrdə istifadəsini, təyyarəni qəzaya uğratacağı üçün deyil, təyyarələrdəki naviqasiya və rabitə sistemlərinə mane ola biləcəyi üçün qadağan etdiyini bildirib. 

Təyyarənin qəzaya uğramasına səbəb olmur

Bu qərar 2013-cü ildə bir qədər yumşaldıldı və təyyarələrdə uçuş rejimində telefondan istifadəyə icazə verildi. Cihazlar təyyarə rejimində istifadə oluna bilər, çünki onlar siqnal göndərməyə mane olurlar. Bununla belə, pilotlar uçuş və eniş zamanı qüllə ilə əlaqə saxladıqları üçün siqnallara müdaxilənin qarşısını almaq üçün bütün qurğular söndürülür.

İstifadəsi ciddi problemlərə səbəb ola bilər

Səyahət zamanı telefonun uçuş rejimində istifadəsi təyyarəyə zərər verməyəcək. Bununla belə, görünmə sahəsində dumanlı hava olması ehtimalı olmayan halda, naviqasiya sistemində problemlər yarada bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et