Bu gün:

“İnsanın bir fobiyası varsa…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Əfsanə Rüstəmovadır. O, fobiyanın insanlara təsirlərindən danışıb.

-Fobiya nədir və fobiyadan əziyyət çəkən şəxslər ona necə qalib gələ bilər?

İnsan bilmədiyi və ya təxmin etmədiyi şeylərdən qorxur. İnsanın ən böyük qorxusu, bilinməyənə və zərərini, təhlükə miqdarını təxmin etmədiyi şeylərədir. Belə olan halda psixologiya vəd edir ki, insanlar fobiyalarını, sadəcə, bir və ya bir neçə seansa aradan qaldıra bilərlər. Əllərində belə bir çarə varkən, insanlar bunu etmirlərsə, deməli, fobiya onlar üçün həm də üstünlükdür. Onların artıq ayrılmaz bir parçasına, spesifik bir xüsusiyyətinə, "məşhur" bir özəlliyinə çevrilib. Beləliklə, insanlar fobiyalarından qurtulmaq istəmirlər. Əlbəttə, fobiyalar sabit deyil, bir insanın bir və ya bir neçə fobiyası ola bilər. Adətən müşahidə edilən odur ki, insanın bir fobiyası varsa, onun davamında müxtəlif fobiyaların da yaranma ehtimalı mümkündür. Bu genetik olaraq keçən qorxular da ola bilər və ya bizim müşahidəmizlə yaranan qorxular da ola bilər, həmçinin bizim məlumatsızlığımızdan yaranan qorxular da ola bilər. Hər bir halda psixologiya vəd edir ki, fobiyaları, həqiqətən, bir və ya bir neçə seansla aradan qaldırmaq mümkündür. Amma biz "bütün insanların qorxularını aradan qaldıraq və insanlar tamamilə qorxusuz olsun", bu motivdə də bir gedişat planlamırıq. 

İnsanların qorxuları onların həyat keyfiyyətlərini aşağı salmırsa, o qorxular onların həyatlarında qala bilər və biz buna müdaxilə etməməliyik. Əgər insanın qorxusu onun həyat keyfiyyətini aşağı salacaq qədərdirsə, biz orada artıq ona müdaxilə edə bilərik. Bu şəxsin öz istəyindən asılıdır. Bəzi qorxularımız bizim gözümüzdə çox müqəddəsdir və onlara toxunmaq olmaz. Qorxunun şəxs üçün hansı mahiyyəti daşıdığını anlamalı, daha sonra ona fayda göstərməyə çalışmalıyıq.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et