Bu gün:

Saturnun üzükləri haqqında 5 fakt


Günəş sistemində yaxınlıq sırasına görə, altıncı planet olan Saturn, əsasən, hidrogen və heliumdan ibarətdir. Gözlə görülə bilən planetlər arasında yer alan Saturn qaz nəhəngləri siyahısındadır. Bu planetin Günəş sistemindəki digər qaz nəhəngləri kimi halqaları var. Planetin mərkəzində buz və qaya nüvəsi yerləşir. Nüvəni əhatə edən bölgədə metal hidrogendən ibarət mantiya təbəqəsi var. Ən kənarda planetin həcminin 90%-ni təşkil edən və ən azı 30.000 km qalınlığında olan molekulyar hidrogen təbəqəsi yerləşir. Bu məlumatdan başqa, Saturnu, həqiqətən, cəlbedici edən onun qeyri-adi gözəl üzükləridir. Saturnun halqaları haqqında, yəqin ki, əvvəllər eşitmədiyiniz 5 fakta nəzər salaq.

1. Saturnun halqaları buz, qaya və tozdan ibarətdir

Saturnun halqaları bir-birindən asılı olmayaraq hərəkət edən çoxsaylı buz, qaya və toz hissəciklərindən ibarətdir. Bu hissəciklərin ən kiçiyi yalnız bir qum dənəsinin ölçüsündədir. Bununla belə, eni 10 metrə çatan iri hissəciklərə də rast gəlinir. Bu hissəciklərin planetin cazibə qüvvəsinə tutulmuş asteroid və ulduzların qalıqları olduğu düşünülür. Unutmadan, 2004-cü ildə NASA Cassini-Huygens kosmik gəmisini Saturn ətrafındakı orbitə göndərdi. Kosmik aparatın müşahidələrinə görə, halqalarda təkcə hissəciklər deyil, həm də böyük qaya yığınları var idi. Ancaq bu, elm aləmində hələ də müzakirə olunur.

2. Üzüklər kəşf edildiyi vaxta görə əlifba sırası ilə adlanır

Saturnun əsas halqaları A, B, C adlanır. Bu halqaların içərisində bir çox başqa solğun üzüklər də var. Planetin daha aydın təsvirləri ilə birlikdə D, E və G halqaları da aşkar edilib. Bu halqaların əksəriyyəti bir-birinə yaxın olsa da, A halqası və B halqası istisnadır. İki halqa arasındakı məsafə düz 4700 kilometrdir!

3. Halqalar Saturnun mərkəzindən 480.000 km-ə qədər uzanır

4. Saturnun halqaları ilk dəfə müşahidə ediləndə onları sap və qulağa bənzədiblər

Saturnun halqalarını ilk dəfə 1610-cu ildə Qalileo Qaliley görüb. Qalileo ilk dəfə üzükləri müşahidə edərkən onların üzüklərdən çox tutacaqlara və qulaqlara bənzədiyini düşünürdü. Lakin Kristian Huygens bu üzükləri 1655-ci ildə təsvir etmişdir. Əslində, dedi ki, bunlar qulaq deyil, Saturnu əhatə edən halqalardır.

5. Üzüklərin qalınlığı çox incədir

Saturnun ən böyük halqası planetin diametrindən 200 dəfə böyükdür. Lakin bu halqaların orta qalınlığı 100 metrdən çox deyil. Bu ultra incə quruluşun səbəbi hissəciklərin müntəzəm olaraq alt təbəqəyə düşməsidir. Hissəciklər bir-biri ilə toqquşduqda enerji itir və halqanın aşağı təbəqəsinə düşür. Bu səbəbdən də əksər rayonlarda halqaların qalınlığı 100 metri keçmir.

Mənbə: ListeList

Tərcümə etdi: Fidan Abdullayeva





Paylaş
Şərh əlavə et