24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi ailə və uşaq psixoterapevti Aynur İsmayılovadır. O, uşaqların tərbiyəsi haqqında danışıb.
-Çoxuşaqlı ailələrdə yaşayanlar öz övladlarını necə tərbiyə etməlidirlər?

Çoxuşaqlı ailələr Azərbaycanda hələ də qalmaqdadır. Ailələr var ki, 4-5 uşaqları var. Çoxuşaqlı ailələrdə ata-analar, ilk növbədə, özləri faydalı sürətlə maariflənməlidirlər ki, uşaqlara yanaşma qaydaları necə olmalıdır bunu bilsinlər. Çünki hər bir ailə özü-özlüyündə bir dövlətdir. Ailə dövlətini idarə edən şəxs isə ata və anadır. Analar daha çox diqqətli olmalıdırlar, uşaqları bir-birindən fərqləndirməməlidirlər. Eyni zamanda, hər bir uşağa qarşı yanaşma tərzi doğru olmalıdır, övladlarını müqasiyə etməməlidirlər ki, bu da uşaqda özgüvənsizlik yaratmasın.
Əgər valideyn pis nümunə ilə qarşılaşıbsa, böyük bir insan kimi uyğun dillə uşağa başa salmalıdır.“Hər kəs həyatda səhv edə bilər. Amma sən bu pis nümunəni etməyə də bilərsən. Çünki pis nümunəni edəcəksənsə, bu səndə alışqanlıq yarada bilər”. Valideynlər pis vərdişlərin alışqanlığa çevrilməməsi üçün tədbirlər görməlidirlər.
Gülsər Qədirli
