Bu gün:

Azərbaycan futbolunu necə inkişaf etdirmək olar?


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Azərbaycan futbol meneceri Şahin Diniyevdir. Məşqçi Azərbaycan futbolunun inkişafından danışıb.

-Sizcə, Azərbaycan futbolunu necə inkişaf etdirmək olar?


Futbol ölkələri də bir günün içində yaxşı və ya pis ola bilmir. Zamanla gəlir, ənənə olaraq, addım-addım, bu vəziyyətlərə düşür:yaxşı, yaxud pis vəziyyətlərə.. Desək ki, tək uşaq futbolunu inkişaf etdirək futbolumuz qalxacaq, xeyr belə bir anlayış yoxdur. Yəni futbolun inkişafı sistem şəklində olan bir şeydir və bunlar bir-birinə zəncirvari bağlıdırlar.

Bu gün Azərbaycanda olan şərait Avropada olan şəraitdən çox aşağıdır. Həm maddi-texniki baza, həm məşqçilərin maarifləndirilməsi, həm də futbolçuların qidalanması bunlar hamısı bir-birilə bağlıdır. Səhiyyəmiz, futbolçunun sağlamlığı, təhsili olmasa, ondan çox yaxşı futbolçu olmaq çətin olacaq. Yaxşı futbolçu yetişdirmək üçün yaxşı şərait lazımdır. Səhiyyə, təhsil, iqtisadiyyat, ənənə-hamısı futbolla bağlı bir şeylərdir. Futbol ənənəni sevən bir şeydir. Bu gün aşağı yaş qruplarının hər hansı böyük bir uğuru yoxdur. Bunu millidən gözləmək çox çətindir. Düşünürəm ki, zaman-zaman futbolun hər sahəsi inkişaf edəcək.

Aysel Aslanova

Paylaş
Şərh əlavə et