Bu gün:

“Toplum dəyər yarada bilmir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı karyera mütəxəssisi Orxan Mahmudovdur. O, karyeraya təsir edən risk və problemlər haqqında danışıb.

-Karyeraya təsir edən ən böyük risklər və problemlər hansılardır?

Hazırda effektivlik problemləri var. Effektiv probleminə də mühit təsir edir, həmçinin resurslar prossesi aparmağa imkan vermir. Və ən əsas məsələmiz də psixolojidir. Çünki bizim eko-sistem tam formalaşmayıb. Məsələn, bizdə kolonizm təfəkkürü var. Yəni o qədər basqılara, müharibələrə məruz qalmışıq ki, kolonist cəmiyyətlərdə insanlar inkişaf edə bilmirlər. Ona görə ki kütləvi yanaşmalar var və toplum dəyər yarada bilmir. Məsələn, siz jurnalistikada hər hansı bir fərqlilik edirsiniz və tanınırsınız, dəyər yaradırsınız. Sahənizdə dəyər yaratmış olursunuz. Bu olmayanda isə siz hamının etdiyi standart xətt ilə gedirsiniz və həm özünüz, həm də sahəniz inkişaf etmir. Sadəcə, prosses işlənir. Karyera fərdi yanaşma məsələsidir. Əgər elə olmasa, dünyada minlərlə eyni sahəni paylaşan insanlar var, hamısı eyni olar. Lakin sahədə hərənin öz fərqi olmalıdır. 

Risk amillərindən ilki düzgün ixtisas seçilməməsidir. Bu çox riskli faktordur. Çünki vaxt gedir, həmçinin enerji gedir. İkinci risk isə dəyişim məsələsinin olmamasıdır. Tutaq ki, ixtisas səhv seçilib deyə insan onu etmək istəmir. Yəni sıfırdan nəyəsə başlamağa, yaratmağa həvəsi olmur. Amma  imkanlarımızı və əhalinin yaşam səviyyəsini nəzərə alsaq, bu bəzən anlaşılır ola bilir

Günay Ələsgərova

Paylaş
Şərh əlavə et