Bu gün:

Yuxu rejiminin pozulması hansı fəsadlara gətirib çıxara bilər?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı psixoloq Vüsalə Əmiraslanovadır. O, insanlarda yuxu rejiminin vacibliyindən danışıb. 

 -Yuxu rejiminin vacibliyi nədədir, yuxu rejiminin pozulması hansı fəsadlara gətirib çıxara bilər?


Yuxu rejimi körpəlik dövründə adətən 12-14 saat ərzində olur və uşağın gələcəkdəki inkişafına böyük təsir göstərir. Məktəbəqədər təhsil müəssisələrində günorta yuxusu vacib olduğu üçün uşaqların yuxu rejiminə xüsusi diqqət yetirilir. Düzgün yuxu rejimi uşaqların sinir sisteminə, qavrama və analitik bacarıqlarına təsir göstərir. Uşaqların aqressiv olub-olmaması da onların yuxu rejimi ilə əlaqəlidir. Uşaqların yaşı artdıqca onların yuxu saatı azalmağa başlayır. Yetkin yaş dövrünə çatmış uşaqların daha az, 7 və ya 8 saat yuxu saatı olur. Valideynlər uşaqların yuxu saatını diqqət mərkəzində saxlamalı, gecə saat 12-ə qədər onların yatıb-yatmamasına diqqət yetirməlidirlər. Yuxu rejiminin fəsadlarına stressə meyil göstərmək, aqressivləşmək, artıq çəkiyə malik olmaq və başqa narahatlıqlar da daxildir. Yuxu saatı az olan insanın fikir yürütməsi çətinləşir, nəticə çıxarmaq qabiliyyətinin pozulmasına və hətta lüğət ehtiyatının azalmasına səbəb olur. Bu amil həm də insanın fiziki sağlamlığının pisləşməsi və vaxtından tez ölümü ilə nəticələnə bilər.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et