Bu gün:

“Düzgün təşkil edilmiş, balanslı qidalanma ilə arıqlamaq mümkündür”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı dietoloq Aynurə Aşurovadır. O, arıqlamaq üçün idmanın əhəmiyyətindən danışıb.

-Arıqlamaq üçün idman lazımdırmı, hansı idman növləri arıqlamağa kömək edir?

Arıqlama kalori defisiti deməkdir. Kalori defisiti aldığımız enerji ilə xərclədiyimiz enerji arasındakı fərqdir. Yəni biz arıqlamaq istəyiriksə, qidalardan aldığımız enerjini xərclədiyimiz enerjidən az tutmalıyıq. Çünki bu proses ancaq qidalanma ilə mümkündür. Əlbəttə, idman da buna dəstək ola bilər, amma əsas 80%-i qidalanma təşkil edir. Belə ki, arıqlamaq üçün qidalanmaya diqqət etmək şərtdir. 

Sağlam həyat tərzi keçirmək istəyən insan yüngül idman hərəkətlərini belə həyat tərzinə çevirməli, əzələləri işlək vəziyyətdə tutmalıdır. Məqsəd arıqlamaq olmasa belə, idman etməlidir. Əgər idman sizin həyat tərziniz olacaqsa, arıqlama prossesə daxil edilməlidir. Digər hallarda "mən arıqlama zamanı idman edim, daha sonra idmanı buraxım" düşüncəsində olsanız, bu zaman idmanla verdiyimiz kalori defisitini əksinə, idmanı buraxdıqda verməmiş olacaqsınız və kilonuz sürətlə artmış olacaq. Təsadüf deyil ki, idmanı buraxan insanlarda kilo artımı məhz bu səbəbdən yaranır ki, onlar idmanı buraxırlar və kalori defisiti vermədikləri üçün onlarda kalori artımı olur, bu da yağlanmaya səbəb olur. Arıqlama idmanları kimi yürüş və kardio məsləhət görürəm. Çünki arıqlama zamanı əzələyə yönəlik edilən idmanlar əzələ ağırlaşmasına səbəb olur və bu da çəkinin azalması ilə nəticələnir. Belə ki, ağırlıq idmanları etdiyimiz zaman əzələ kütləsi artır, piy kütləsi isə ərisə də, biz bunu tərəzidə görmürük. Amma kardio zamanı piy kütləsi atırıq, bu da bizim tərəzidə yaxşı nəticə görməyimizə şərait yaradır. Ümumilikdə, idman həyat tərzi olmayacaqsa, edilməməlidir. Düzgün təşkil edilmiş, balanslı qidalanma ilə arıqlamaq mümkündür.

Uğur Hacıyev

Paylaş
Şərh əlavə et