Bu gün:

Mikrodalğalı sobada qızdırıldıqda təhlükə yayan qidalar


Rahat  olsa da, mikrodalğalı sobada bişirməkdən çəkinməli olduğunuz müəyyən qidalar var.  Bir çox qidalar mikrodalğalı sobada bişirildikdə və ya qızdırıldıqda həyat üçün təhlükə yarada bilər.  Mikrodalğalı sobada qızdırılanda zəhərlənən qidaları təqdim edirik:

İxtirası 1940-cı illərə təsadüf edən mikrodalğalı soba bu gün evlərdə ən praktik mətbəx cihazlarından biridir. Mikrodalğalı sobanın içindəki mexanizm sayəsində yemək bişirmək və qızdırmaq üçün asanlıqla baş verir. Bununla belə, mikrodalğalı sobada bişirməkdən çəkinməli olduğunuz bəzi qidalar var. Mikrodalğalı sobanın qidaların təhlükəsiz və sağlam saxlanmasında funksiyaları olduğu hamıya məlumdur. Tez və qısa müddətdə bişirmək, hətta əvvəlki gündən qalan yeməkləri qızdırmaq istəyənlərin ilk seçimi olan mikrodalğalı soba bəzən təhlükəli ola bilir. Xüsusilə, mikrodalğalı sobada qızdırılmaması lazım olan qidaların bişirilməsi hətta həyati təhlükələr yarada bilər.

Qaynadılmış yumurta

Mikrodalğalı sobada qaynadılmış yumurta qızdırdığınız zaman su molekullarından buxar əmələ gəlir ki, bu da təzyiqin artmasına səbəb olur. Yumurtaların nazik membranı və qabığı olduğu üçün bütün təzyiqi saxlaya bilmirlər, bu da mikrodalğalı sobada, boşqabınızda  qırıla bilər.

Kök

Yerkökü mikrodalğalı sobada  qızdırılsa da, xüsusilə də, çiy yerkökü, qabığı hələ də açıq olanlar potensial təhlükə ola bilər. Yerkökü düzgün yuyulmazsa və hər hansı bir kir izi varsa, torpaqdakı minerallar mikrodalğalı sobada hətta qığılcım yarada bilər. Bu dəfələrlə baş verərsə, mikrodalğalı sobanız ciddi şəkildə zədələnə bilər.

İşlənmiş ət

İşlənmiş ətlərin tərkibində yüksək miqdarda duz, əlavələr, kimyəvi maddələr və konservantlar olduğundan onlar ən vitaminli qida qrupları arasında deyil. Mikrodalğalı soba ətlərin və konservləşdirilmiş məhsulların xolesterin səviyyəsini yüksəldə bilər ki, bu da ürək problemlərinə səbəb ola bilər. Vetçina və kolbasa qızdırmağın ən təhlükəsiz yolu qril və ya soba seçməkdir.

SU

Mikrodalğalı sobada suyun qızdırılması ən sadə və problemsiz seçimdir. Amma araşdırmalar göstərib ki, ən çox yanıqlar mikrodalğalı sobada qızdırılan sudan yaranır. Mikrodalğalı sobadakı elektromaqnit dalğaları suyun həddindən artıq istiləşməsinə səbəb ola bilər. Bu, su molekullarını qeyri-sabit edir və güclü qaynama və hətta suyun sıçramaşına səbəb ola bilər.

Acı bibər

Acı bibərlər, xüsusilə də, həqiqətən, ədviyyatlı olanlar olduqca tez alışa bilən yüksək miqdarda kapsaisin yayırlar. Kapsaisin mikrodalğalı sobanın elektromaqnit dalğalarına məruz qaldıqda tüstü qalxmağa başlayır. Mikrodalğalı sobadan çıxan yanğın və tüstü dərinin qaşınmasına və yanma hissinə səbəb ola bilər.

Toyuq

Toyuq əti, xüsusilə, düzgün bişirilmədikdə salmonellaların yayılmasının əsas səbəbkarıdır. Mikrodalğalı sobada bir parça çiy toyuq bişirdiyiniz zaman tam bişmə şansı çox aşağı olur, bu da onu bakterial çirklənmə üçün potensial təhlükəyə çevirir.

Pomidor və pomidor sousu

Bərk qaynadılmış yumurta kimi, pomidor da mikrodalğalı sobada çox qalsa partlaya bilər. Təzə pomidor və makaron sousunda mayenin olması səbəbindən təzyiqin artması onların şişməsinə və maye sıçramasına səbəb olur və mikrodalğalı sobanızı qırmızı ləkələrlə örtür.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et