Mətbəx gündəlik həyatda ən çox istifadə edilən yerlərdən biridir. Ev təmizliyinə gəldikdə kranların təmizlənməsi son dərəcə vacibdir. Düzgün təmizlənməyən kranlar zamanla tıxanmalara və pis qoxuya səbəb ola bilər. Tez-tez istifadə olunan kranların konolzasiya boruları müntəzəm olaraq təmizlənməlidir və ya dəyişdirilməlidir.
Xüsusilə, kanalizasiyaya tökülən yağ və qida qalıqları tıxanmalara səbəb olur. Bundan əlavə, istifadədən asılı olaraq, kanalizasiya borularında kir təbəqələri əmələ gəlməyə başlayır. Bu zaman borularda bakteriyalar əmələ gəlir və daimi tıxanmalar yaranır. Kanalizasiyadakı pis qoxunun qarşısını almaq üçün yemək qalıqlarının bu borulara daxil olmamasına diqqət yetirməlisiniz. Bundan əlavə, yağ qalıqları plastik butulkaya doldurulmalı və tullantı yağlarının toplandığı yerlərə atılmalıdır. Kanalizasiyanın mütəmadi olaraq təmizlənməsi də qoxu əmələ gəlməsini azaldan amillərdəndir.
Çay sodası və sirkə
Kanalizasiya qoxusunu aradan qaldırmağın ən çox yayılmış üsulu çay sodası və sirkə istifadəsidir. Xüsusilə kanalizasiya dəliklərini örtmək üçün kifayət qədər soda tökün. Sonra sirkəni soda üzərinə tökün və köpürməsinə icazə verin. Bu qarışığı 15 dəqiqə saxladıqdan sonra üzərinə qaynar su tökün. Bu şəkildə kanalizasiya boruları təmizlənəcək.
Çay sodası və limon
Limon da sirkə kimi turşulu quruluşu ilə soda ilə reaksiyaya keçir və kanalizasiya içindəki pis qoxuları aradan qaldırmağa kömək edir. 1 stəkan ilıq limon suyuna 1 stəkan soda əlavə edib qarışdırın. Qarışıq köpüklü olduqda, onu kanalizasiyaya tökün və 10 dəqiqə saxlayın. Sonra ilıq su tökərək təmizləyin. Bu üsulu həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.
Qəhvə çöküntüləri
Qəhvənizi içdikdən sonra fincanın dibində qalan çöküntüləri kanalizasiya dəliklərinə tökün və üzərinə qaynar su tökün. Qəhvə dənələri həm yağları əridir, həm də qoxuları yox edir.
Çay sodası və efir yağı
Yarım stəkan çay sodasına bir neçə damcı efir yağı əlavə edin. Efir yağı olaraq nanə yağı, vanil, evkalipt yağı, darçın yağı, portağal yağı kimi sevdiyiniz xoş qoxuları seçə bilərsiniz. Qarışığı kanalizasiyaya tökün və 1 saat saxlayın. Daha sonra üzərinə qaynar su tökərək mətbəxinizin qoxusunu yaxşılaşdırın.
Lavanda yağı
Lavanda yağını birbaşa kanalizasiya çuxuruna tökə bilərsiniz. İstəyirsinizsə, ilıq suya 7-10 damcı lavanda yağı töküb seyrəltmək olar. Sonra bu qarışığı kanalizasiyaya töksəniz, mətbəxinizə təravətli qoxu verəcək. Mətbəxinizdəki pis qoxuların qarşısını almaq üçün sobanın yanına bir qabda soda qoya bilərsiniz. Bundan əlavə, mətbəxdə lavanda kimi ətirli çiçəklərə baxmaq pis qoxunu azaltmağa kömək edə bilər. Əgər pis qoxu tez-tez təkrarlanırsa və bu üsulları sınaqdan keçirməyə baxmayaraq getmirsə, kanalizasiya borularını dəyişdirməyi düşünə bilərsiniz.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
