Bu gün:

“İnsan həddindən artıq düşünürsə…”


24media.az-ın “1 sual, 1 cavab rubrikasının budəfəki müsahibi psixoloq Vüsalə Əmiraslanovadır. O, depressiyanın əlamətləri haqda danışıb. 

-Depressiya hansı əlamətlərlə özünü büruzə verir?


Depressiya daha çox yaz və payız aylarında özünü göstərir. Depressiyanın müxtəlif növləri var. Yeniyetməlik depressiyası tez-tez təkrarlanan prosesdir. Amma daha böyük yaş qruplarında bu nisbətən az müşahidə olunur. Depressiyanın əlamətləri: ya çox qidalanmaq, ya ümumiliyyətlə, qidalanmamaq, çox yatmaq, yuxusuzluq. Depressiyada olan insan özünə qapana, heç kimlə danışmaq istəməyə, ya çox xoşbəxt, ya da çox bədbin ola bilər. Bu da həmin şəxsin depressiyada olduğunun göstəricisidir. Çox vaxt depressiyanı pessimist əlamətlərlə görürük: kimsə pessimist danışanda deyilir ki, bu insan depressiyadadır. İnsan həddindən artıq düşünürsə, çox narahatdırsa, bu da depressiya əlamətidir. Yəni bunlar, demək olar ki, paradoksal əlamətlərdir. 

Gülnisə Əfkari


Paylaş
Şərh əlavə et