Bu gün:

“Ailədə bir uşaq autizmlidirsə…”


24media. az-ın  “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Dərya Psixologiya mərkəzinin rəhbəri Psixoloq Gülnar Orucovadır. Psixoloq autizm mövzusunda sualımızı cavablandırıb.

-Sizə autizmli övlad sahibləri, əsasən, nə ilə bağlı müraciət edirlər?


Autizm spektr pozuntusu geniş bir spektrdır. Bu nitqi, sosial bacarıqları, ünsiyyət bacarıqlarını əhatə edir. Bəzi uşaqlarda yalnız nitq pozuntuları, bəzilərində sosial bacarıqlarda pozuntu, bəzilərində isə ünsiyyətdə pozuntu baş verir. Bu pozuntularla bağlı valideynlər müraciət edir. Bəzən valideynlər müraciət edib deyirlər “övladım danışmır, sadəcə, deyilənləri təkrarlayır, həmçinin lazımsız bir sözü durmadan təkrarlayır, göz kontaktı qurmur” və s. 

Lakin ən çox müraciətlər övladlarının nitqinin olmaması ilə bağlı olur. Autizm spektr pozuntusu olan uşaqların 70 %-də nitq olmur, 30%-də müəyyən təkrarlayıcı nitq, rabitəsiz nitq olur. Ailədə bir uşaq autizmlidirsə, digər uşağın autizmli olması riski 15-25% arasında dəyişir. Tək yumurta əkizlərinin ikisinin də autizmli olması riski 75% dir. Fərqli yumurta əkizləridirsə, birinin autizmli olmaması riski var.

Aysu Əsədova

Paylaş
Şərh əlavə et