Bu gün:

"Bioloji və sosioloji amillər psixi pozuntulara təkan verir"


24media.az-ın ‘’1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi psixoloq Gülnar Ramazanovadır. O uşaqlarda baş verən psixi pozuntular haqda danışıb.

-Psixi pozuntular daha çox hansı yaş aralığında baş verir və səbəbi nədir?

Beynəlxalq səviyyədə araşdırmaların nəticələri onu göstərir ki, dünyada milyonlarla insan psixi və davranış pozuntusundan əziyyət çəkir. Psixi pozuntular daha çox gənc və orta yaşlı insanlarda müşahidə edilir. Hazırda yaşadığımız cəmiyyətdə daha çox anksiyete, travma, stress, yuxu asılılıqları, şəxsiyyət və davranış pozuntuları özünü psixi pozuntular olaraq göstərir.

Aparılan araşdırmalar və ortaya çıxan nəticələr əsasında bioloji və sosioloji amillərin psixi pozuntulara təkan verdiyi müəyyən edilmişdir. Psixi pozuntuların, fiziki və zehni problemlərin öhdəsindən gəlmək üçün müxtəlif psixoloji məşqlər etmək, meditasiya etmək, danışmaq lazımdır. Təbii ki, burada danışmaq dedikdə mütəxəssislərlə, yəni psixoloqlarla mütəmadi danışmaqdan söhbət gedir. 

Psixi pozuntumuz olduğunu necə müəyyənləşdirə bilərik?

Yaddaş problemi, ünsiyyət qurmaq qabiliyyətinin itirilməsi, fikrin yayınması, dalğınlıq, narahat qavrayış, yuxu sisteminin pozulması, ani depressiyalar yaşamaq kimi göstəricilər artıq psixi pozuntunun yarandığının göstəricisidir.

Psixi pozuntular öz özünə yaranan və sonra yoxa çıxan bir pozuntudur, yəni insan özü tək başına bunun öhdəsindən gələ bilər. Lakin bu o halda baş verər ki, pozuntu artıq xronikləşməmiş olun, ilkin mərhələdə düzgün müalicə üsulundan istifadə edilsin. Belə olmadığı halda bu pozuntu artıq ciddi xəstəlik fonunda özünü göstərəcək.

Aydan İbrahimli

Paylaş