Bu gün:

Pendirlərdən qəribə istifadə


Çoxumuz gözəl dadlı pendirlər yesək də, pendirin bir çox xüsusiyyətlərindən xəbərsizik. Bəli, yumşaq pendir növlərini sərtdən ayıra və sevimli növləri sadalaya bilərik. Bununla belə “pendir dünyası” təsəvvür etdiyinizdən daha geniş bir dünyadır.

1 kilo sərt pendir hazırlamaq üçün 10 litr süd lazımdır. Pendir təsadüfən icad edilmişdir. Rəvayətə görə, pendirin ixtirası bir qədər təsadüfi idi. Heyvanların daxili orqanlarından hazırlanmış dəri qablarda saxlanılan süd mədədəki fermentlərlə reaksiya verməyə başladı və iki komponentə - zərdab və pendirə bölündü. Biri qatı olanı dadmağa qərar verdi, qalanını da siz bilirsiniz…

Laktoza dözümsüzlüyü olan pendirlər

Əgər siz laktozaya qarşı dözümsüzsünüzsə, heç bir pendir yeyə bilməyəcəyinizi düşünürsünüz elə deyilmi? Xeyr, əslində, o qədər də sadə deyil. Laktoza bir növ şəkər ekstraktıdır. Belə ki, pendirdə nə qədər az şəkər varsa, o qədər az laktoza var. Bəli, laktoza həssaslığı olan insanlar üçün bir çox növ pendir yemək əlverişsizdir, lakin Parmigiano-Reggiano kimi yaşlı variantlar da var. Onları həzm etmək daha asandır.

Siçanlar pendiri həqiqətən sevmirlər

Siçanların sevimli yeməyi nədir deyə soruşsaq, ağlınıza ilk gələn pendir olacaq elə deyilmi? Ancaq həqiqət budur ki, siçovullar pendiri sevmir. Başqa seçimləri olmayanda yeyirlər, lakin karbohidratlar və şirniyyatlar həmişə onların ilk seçimidir. Buna görə də siçan tələsi qurarkən pendirdən yem kimi istifadə etmək əvəzinə bir tikə çörək seçmək daha çox dəqiq bir həlldir.

Dünyanın ən bahalı pendiri eşşək südündən hazırlanır. Pendirə gəldikdə, qiymət miqyası olduqca dəyişkəndir. Dünyanın ən bahalı pendiri kimi tanınan növ eşşək südündən əldə edilən “pule” adlı pendirdir. Süd seçilmiş eşşəklərdən alınır və pendirə bir az dad vermək üçün hazırlandıqdan sonra hisə verilir.

Bəzi pendir növləri "qocalana" qədər mağaralarda saxlanılır. Bəli, bu gün bir çox pendir istehsalçıları məhsullarını “yaşlandırmaq” üçün müasir üsullardan istifadə edirlər. Bununla belə, pendirin mağaralarda saxlanması əslində keçmişə qədər gedən bir üsuldur. Mağaralar həm nəmli, həm də sərin olduğundan, pendirin istənildiyi kimi dadlı, keyfiyyətli olmasını təmin etmək üçün mükəmməl mühit olaraq görülür. Mağaralar soyuducular hələ icad edilməmişdən əvvəl istehsalçılar tərəfindən tez-tez istifadə olunurdu.

Pendirin içərisində deşiklər var ki, haradan gəldiyini bilmirik. Məlum olub ki, bu dəliklər fermentasiya zamanı buraxılan karbon qazı baloncuklarından yaranıb. Və bu dəliklərin ölçüsü – pendir istehsalçılarının dediyi kimi “gözləri” fermentasiya prosesinin uzunluğundan asılı olaraq dəyişirdi. Beləliklə, fermentasiya nə qədər uzun sürərsə, dəliklər bir o qədər böyük olar.

Bəzi pendir növləri diş sağlamlığı üçün faydalıdır. Bəli, pendir çox dadlıdır. Bununla belə, çox sağlam qida maddəsi deyil. Ancaq bəzi növlər diş sağlamlığını yaxşılaşdırmağa kömək edir. Çedar və mozzarella kimi tez-tez istifadə edilən bəzi pendirlər tüpürcək ifrazına səbəb olur. Bu tüpürcək diş minasının parçalanmasına səbəb olan turşuları və şəkərləri parçalamağa kömək edir.

Dünyanın ən pis qoxulu pendiri Fransanın “Vieux Boulogne” pendiridir. Bir az kəskin pendir qoxusunu almış hər kəs bilir ki, bəzi növ pendirlər ciddi şəkildə dəhşətli qoxu verir. Siyahıda birinci yerdə olan pendir növü ilə maraqlanmısınızsa, cavab budur: Vieux Boulogne – Şimali Fransadan gələn yumşaq toxumalı ştam. Bu pendir Fransada digər bir ətirli pendirdən daha pis hesab olunur, ölkə daxilində ictimai nəqliyyatda yeyilməsi qadağandır.

Turşu pendiri Milwaukee şəhərində yolların buzlanmasının qarşısını almaq üçün istifadə olunur

Pendirin istifadə sahələri xəyallarımızdan kənara çıxır. ABŞ-ın Milwaukee şəhərində qaya duzu ilə qarışdırılmış turşu pendirdən yolları örtmək, buz və qarı əritmək üçün istifadə olunur. Həm təmiz qaya duzundan daha ucuz, həm də pendir istehsal etmə proseslərinin atılan tullantı məhsulu üçün alternativ istifadə olan ağıllı bir həll kimi səslənir.

İtaliyada parmezan pendirini girov götürən bank var. Pendir italyan mədəniyyətində çox mühüm yer tutur və saysız-hesabsız reseptlərin əsas tərkib hissələrindən biridir. Əslində, pendirin ölkə əhalisinə o qədər ciddi təsiri var ki, regional banklardan biri – Credito Emiliano kiçik biznes kreditləri müqabilində Parmigiano Reggiano pendir çarxlarını girov kimi götürür.

Pendir daha tez yuxuya getməyə kömək edir 

Yatmazdan əvvəl ilıq süd içmək sizi daha tez yuxuya aparır, bilirsiniz. Belə çıxır ki, bir-iki dilim pendir yemək şirin xəyallara tez çatmağın yollarından biridir! Xeyr, bu təkcə onun içindəki süd deyil. Əslində, bu, yuxuya səbəb olan pendirin strukturunda bol olan triptofandır.

Mənbə: Habertürk 

Tərcümə etdi: Nuran Əhmədzadə 









Paylaş
Şərh əlavə et