Bu gün:

Yaşlandıqca saçlar niyə ağarır?


Bəzi insanların saçları gənc yaşda, bəzilərində isə yaşlandıqca ağarmağa başlayır. Bəs niyə saçlar bir müddət sonra rəngini itirib ağarır?


Saçların ağarmasının əsas səbəbi gənc yaşda qeyri-sağlam qidalanma, kifayət qədər mineral və vitamin qəbul etməməkdir. Bədənin xüsusilə stresli vaxtlarda tarazlığını qorumaq üçün minerallara və vitaminlərə ehtiyacı var.


Bu zaman beyin bizə saçda qara kimi görünən melanin - melonasit kimi piqmentləri udaraq cavab verir. Saçdakı melanin maddəsi bədənin  ehtiyacları üçün istifadə edildikdə, geriyə sadəcə ağ saçlar qalır.


Qeyri-sağlam və nizamsız yemək vərdişləri, siqaret və alkoqoldan istifadə, stress faktoru ilə bədən lazım olduğundan daha çox melanin istifadə edir və saçlar ağarmağa başlayır.


Mənbə: habertürk. com


Tərcümə etdi: Sevil İsmayılova


Paylaş
Şərh əlavə et