Bu gün:

Göz ağrısının səbəbi nədir?



Göz ağrısının səbəbi nədir?

Göz ağrısı bir çox göz xəstəliklərinə görə baş verə bilər. 

Göz ağrısının səbəbləri:

Hipermetropiya və göz xəstəlikləri

Göz membranında iltihab

göz allergiyası

Stress

Uzun müddət televizora baxmaq,

uzun müddət kitab oxumaq

uzun müddət kompüterdən istifadə

Sinüzit

Gözün ovuşdurulması və zədələnməsi

Birbaşa göz ağrıları ilə yanaşı göz qapağında yanma, sancma, qızartı, bulanıq görmə və şişlik kimi hallar də göz problemindən xəbər verir. Göz ağrıları zamanı mütləq oftalmoloqa müraciət etmək və "keçəcək" deyib problemi gözdən qaçırmamaq lazımdır. Çünki ağrı ilə başlayan bir çox göz xəstəlikləri irəlilədikdə dərinləşə bilər.

Göz ağrısının başqa bir səbəbi də göz qapağının sallanması olan "ptosis"dir. Göz qapaqları sallanan insanlarda qaşlarını qaldıraraq görməyə çalışmaq bir müddət sonra göz ağrısına səbəb ola bilər. 

Ağrılar xüsusilə axşamlar baş verir.Göz ağrıları zamanı gözləmədən həkimə müraciət etmək, səbəbini öyrənmək və ona uyğun müalicəyə başlamaq lazımdır. Göz ağrısının zərbə və ya yad cisimdən qaynaqlanmadığı bilinirsə, əsas səbəbin bir çox faktorlardan qaynaqlanması mümkündür.

Gözdəki ağrı ümumiyyətlə bıçaqlanma, çırpınma, yanma, sancma və gözdə bir şeyin olması hissi kimi görünə bilər. Həddindən artıq göz yorğunluğu və çox iş nəticəsində yaranan ağrılar istirahətlə qısa müddətdə öz-özünə keçə bilər. Ancaq şiddətli ağrı, gözün dərinliklərində bir problem olduğunu göstərir və bu vəziyyətdə ağrı keçmir və müalicə tələb olunur. Bədəndəki bəzi pozğunluqlar da gözlərdə ağrıya səbəb ola bilər.

Migren və yüksək təzyiq ən böyük göz ağrısı faktorlarıdır. 

Əgər sol ya sağ gözdə ağrı uzun müddət davam edir və səbən bilinmirsə, oftalmoloqa müraciət etmək məsləhət görülür.

Mənbə: Doç. Dr. Halil Hüseyin Çağatay

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et