Bu gün:

Sadizm nədir? Sadist nə deməkdir?


Sadizm nədir?

Sadizm kiminsə əziyyət çəkdiyini görməkdən həzz almaq. Bunu çox fərqli anlayışlarla ifadə etmək mümkündür. Bununla belə, kiminsə əzab çəkdiyini görməkdən həzz almaq və ya onun əzab çəkməsinə səbəb olmaq kimi ümumi ifadələrdən də istifadə etmək olar.

Sadizmin mənasını müxtəlif emosiyalar vasitəsilə ifadə etmək mümkündür. Sadizm başqalarının yaşadığı ağrıdan həm ümumi mənada, həm də məcazi mənada həzz almaq istəyidir. Bu vəziyyəti başqasına verdiyimiz ağrıdan həzz almaq kimi də izah etmək olar. 

Sadizm türk dilində elezer kimi tanınır.

Bəzən ağrılarımız bizi daha güclü edir. Lakin bu sadizmin ifadə tərzi deyil. Çünki sadizm hər hansı bir insanın yaşadığı ağrıdan xüsusi həzz almaqdır. Sadizm daha çox eqonun özünü ifadəsidir. 

Sadist nə deməkdir?

Sadist sözü əslən sadizmdən gəlir. Sadist sözü bu vəziyyəti yaşayan, psixi pozğunluğu olan şəxslər üçün istifadə olunur. Bu vəziyyət indi psixi xəstəlik hesab olunur.

Sadist insanlar başqalarının əzabından həzz almaqla kifayətlənmirlər. Eyni zamanda həmin insanı birbaşa əziyyətə salmaq da istəyirlər və bunu etmək onlar üçün yaşam stimuludur. Təbii ki, insanın müxtəlif emosiyalarına təsir göstərib ona ağrı və narahatlıq hissi yaşatmaq da sadizmə daxildir. Məsələn:

- İnsanı qorxutmaq

- Ona psixoloji zorakılıq tətbiq etmək

- Fiziki zərər vurmaq və s.

Bu cür təzyiqlər sadizmin kökündən xəbər verir. 

Mənbə: Hüriyyet

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et