Bu gün:

Özünü dəyərsiz hiss etmək və buna qarşı mübarizə aparmaq


Özünü dəyərsiz hiss etməyə nə səbəb olur?

Dəyərsizlik hissi hər bir insanda müxtəlif səbəblərdən yarana bilər. İnsanın özünü dəyərsiz hiss etməsinin səbəblərindən biri də insanların yaşadığı psixoloji problemlərdir. Depressiya, narahatlıq pozuqluğu, panik atak, şəxsiyyət pozğunluğu və şizofreniya kimi problemləri olan insanlar özlərini dəyərsiz görməyə daha çox meylli ola bilərlər.

Özünüzü dəyərsiz hiss etməyin başqa bir səbəbi fiziki narahatlıqdır. Fiziki problemi olan və ya təkbaşına danışa bilməyən, yeriyə bilməyən və ya yemək yeyə bilməyən ciddi bir xəstəliyi olan fərdlər özlərini digər insanlara nisbətən daha dəyərsiz görə bilərlər.

Ailədə və ya ətraf mühitdə müqayisəyə məruz qalmaq da insanların özlərini dəyərsiz hiss etmələrinə səbəb ola bilər. Başqaları ilə müqayisə edilən insanlar özlərini başqalarından daha az dəyərli hiss etməyə başlaya bilər. Xüsusən də valideynləri tərəfindən digər uşaqlarla müqayisə edilən uşaqların gələcəkdə özlərinə inamsızlıq potensialı yüksəkdir.

Həyatda əhəmiyyətli bir hadisə olan uşaqlıq travmaları (boşanma, köçmə, iş dəyişikliyi, kiminsə itirilməsi və s.), stresin öhdəsindən gələ bilməmək, davamlı tənqidlərə məruz qalmaq, hər neqativi öz günahı kimi görmək də fərdlərin özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər.

Özünü dəyərsiz hiss edən şəxslərin göstərdiyi davranışlar hansılardır?

Özünü dəyərsiz hiss edən fərdlərdə bəzi fiziki və psixoloji əlamətlər müşahidə edilir. Bunlar aşağıdakılardır:

Bədəndə şiddətli və küt ağrılar

Özü haqqında mənfi fikirlər

Çox tez-tez ağlamaq, ümidsizlik

Sosial narahatlıq

Həyatda məqsəd itkisi, həyata marağın azalması

Sosial əlaqələrdən uzaq olmaq

Emosional ifadədənin azalması

Daimi letarji və yuxulu hiss

Şəxsi gündəlik qayğıya məhəl qoymamaq

İntihar düşüncələri

Özünü dəyərli hiss etmək üçün nə etmək lazımdır?

İnsan özünü yaxşı bilməli və olduğu "mən"lə olmaq istədiyi "mən" arasında fərq qoymalıdır. Kimliyinə nifrət etmək və ondan uzaqlaşmaq əvəzinə, şəxsiyyətimizi qəbul edib inkşaf etdirməyə və onu sevməyə başlamaq lazımdır. İnsan sadəcə olmaq istədiyi "mən"ə doğru irəliləməyə çalışarsa, keçmiş həmişə onu izləyər və insan qaçmağa davam edər. Qaçış və təqib isə stress yaradar.

Özünün yaxşı tərəflərini müəyyənləşdirmək:

Keçmişdə əyləndiyimiz və xoşbəxt oluduğumuz vaxtları düşünmək.  Xoşbəxt anları xatırlamaq dəyər duyğusunu artırar. Bu, gələcəkdə oxşar xoşbəxt anları və ya hadisələri planlaşdırmağa insanı motivasiya edə bilər.

Özünü tənqid etməyi və başqaları ilə müqayisə etməyi dayandırmaq 

Müvəffəqiyyətli və status yönümlü olmağa əhəmiyyət vermədən, sadəcə zövq aldığına görə yeni məşğuliyyətlər tapmaq.

Münasibətlərdə həddindən artıq fədakarlığı tərk edərək bərabər münasibətlər qurmağa çalışımaq. 

Sağlam yemək, kifayət qədər yatmaq, müntəzəm idmanla  məşğul olmaq, ruhu qidalandıracaq hobbilər tapmaq.

Bütün bunlara baxmayaraq insan özünü dəyərsiz hiss etməyə davam edərsə, psixoterapiya dəstəyi almalı və mütəxəssis psixoloqla görüşməlidir.

Mənbə: Sone Psikoloji

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et