Bu gün:

Tükənmişlik sindromu əlamətləri və müalicə üsulları...


Yavaş və məkrli şəkildə irəlilədiyi üçün tükənmişlik sindromu yaşayan xəstələrin əksəriyyətinin müayinə üçün səhiyyə müəssisələrinə müraciət etməsinə ehtiyac qalmır. Dünyada bir çox insanlar çətin həyat şərtləri ilə üzləşməli olduğundan bu hisslər həyatın normal bir hissəsi və qaçılmaz bir vəziyyəti kimi qəbul edilə bilər. Bu, xəstəliyin aşkarlanmasını çətinləşdirən amillərdəndir. 

Xəstəlik müalicə olunmazsa, mövcud həyat şəraiti və stress davam etdikcə xəstəliyin şiddəti artır və aşkar simptomlar görünməyə başlayır. Tükənmişlik sindromunun ən çox görülən əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

Fiziki yorğunluq hissi

Emosional tükənmə hissi

İnsanı ələ keçirən mənfi fikirlər - pessimizm

Sadə tapşırıqları yerinə yetirməkdə çətinlik

İşdən soyumaq

Ümidsizlik

Özünü dəyərsiz hiss etmək

Peşəkar özünə inamın azalması

Unutqanlıq və diqqətsizlik

Daimi yorğunluq hissi

Diqqət dağınıqlığı

Yuxu problemləri

Ürək çarpıntıları və tənəffüs çətinliyi

Bədənin müəyyən hissələrində, o cümlədən baş və ayaqlarda ağrı

Bu səbəblərdən başqa, tükənmişlik sindromunun daha bir çox fərdi simptomları ilə qarşılaşmaq mümkündür. Bu səbəbdən yuxarıda sadalanan bəzi simptomları yaşayan insanlar tükənmişlik sindromu üçün mütləq testlərdən keçməlidirlər.

Tükənmişlik sindromunun səbəbləri nələrdir?

Tükənmişlik sindromunun tez-tez rast gəlindiyi insanlara nəzər saldıqda onların əksəriyyətinin xidmət sektorunda çalışdığını, sıx və gərgin iş tempinin olduğunu görmək olar. Bu səbəbdən məşğul iş həyatı və stress tükənmişlik sindromunun əsas səbəbləri arasında sayıla bilər. Daim yüksək məsuliyyət tələb edən həyati qərarlar vermək məcburiyyətində qalan, iş həyatında zamanla rəqabət aparan və işi başa çatdırmaq üçün təzyiqə məruz qalan, xırda detallara böyük həssaslıq tələb edən vasvası işlərdə çalışan insanların digər fərdlərə nisbətən tükənmişlik sindromundan əziyyət çəkmə riski daha yüksəkdir. 

Ancaq bilinməlidir ki, bu vəziyyətlərin heç biri ilə uzlaşa bilməyən iş və həyat tempi olan insanlarda da bu sindroma rast gəlinə bilər. Bunlardan başqa bəzi şəxsi amillər də xəstəliyin inkişafında rol oynaya bilər. İstəmədiyi vəziyyətlərə “Xeyr” deməkdə çətinlik çəkən, mükəmməlliyyətçi bir xasiyyətə sahib olan, iş zamanı lazım olduğundan daha çox fədakarlıq etməyə meyilli insanların bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.

Tükənmişlik sindromu necə diaqnoz qoyulur?

Tükənmişlik sindromunu təyin etmək üçün əvvəlcə xəstənin ətraflı tarixi alınmalıdır. Psixiatr və psixoloqların müayinələri və müsahibələri zamanı sindromun varlığından şübhələnilirsə, tükənmişlik sindromu testi olaraq da bilinən Maslach Tükənmişlik İnventarizasiyası (MBI) tətbiq edilir. Emosional tükənmə, uğursuzluq və ətraf mühitə qarşı laqeydlik kimi məsələləri ölçən müxtəlif suallardan ibarət olan bu inventar testin sonunda cavablara qol vuraraq müəyyən xal verir. Alınan bal həmin şəxsin tükənmişlik sindromunun olub-olmadığını və əgər varsa, hansı səviyyədə olduğunu göstərir. Bəzi hallarda tükənmişlik sindromu depressiya və ya digər psixoloji xəstəliklərlə birlikdə baş verə bilər. Ona görə də ətraflı psixoloji müayinəyə lazımi diqqət yetirilməsi xəstəliyin tam diaqnostikası və müalicənin müvəffəqiyyət nisbətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Tükənmişlik sindromunun müalicə üsulları hansılardır?

Tükənmişlik sindromu fərdin sosial və psixoloji həyatını pozsa da, müalicəsi asan və kifayət qədər effektivdir. Sindromun irəli səviyyəsindən asılı olaraq xəstəliyin müalicə prosesi də dəyişir. 

Şiddətli olmayan hallarda isə insanın öz başına aldığı tədbirlər, işində və ictimai həyatında etdiyi tənzimləmələrlə sindrom böyük ölçüdə aradan qaldırıla bilər. Buna nail olmaq üçün psixi sağlamlıq müayinələri aparılmalıdır. Bu müsahibələr zamanı sindromun ortaya çıxmasında rol oynayan faktorlar müəyyən edilir və müalicə prosesində bu amillərə qarşı tədbir görülməsi məqsədəuyğundur. 

Sindromun son dərəcə şiddətli və irəlilədiyi və insanın iş həyatına və ya gündəlik həyatına davam edə bilməməsinə səbəb olduğu hallarda, həkimin tövsiyəsi ilə dərman müalicəsi lazım ola bilər. Fərdlər psixoloji müalicə prosesində xəstəliyə səbəb olan faktorlarla bağlı tənzimləmələr etdikdən sonra özlərinə kifayət qədər vaxt ayırmağa, hobbi qazanmağa və onları həyatlarının bir parçası etməyə diqqət etməlidirlər. Əgər iş həyatı ilə bağlı onu narahat edən problemlər varsa, iş saatları xaricində bu məsələləri ağlından uzaq tutmağa çalışmalı, başqa sözlə işi iş yerində buraxmalıdır. 

Müalicə prosesində kifayət qədər dincəlmək, yuxu rejiminə lazımi diqqət yetirmək və balanslı qidalanma da çox vacibdir. Bundan əlavə, müntəzəm idman sizi xoşbəxt edən hormonların qan səviyyəsini artıraraq tükənmişlik sindromu ilə mübarizə aparmağa kömək edir. Buna görə də müntəzəm məşq planı təyin etmək və ona sadiq qalmaq faydalı olardı.

Tükənmişlik sindromu başlanğıcda kiçik tədbirlərlə öz-özünə sağalan bir vəziyyət olsa da, müalicə edilmədikdə irəliləyərək daha ciddi sağlamlıq problemlərinə yol aça bilər. Odur ki, əgər fərddə tükənmişlik sindromu varsa, bu problemin erkən mərhələdə müəyyən edilməsi və müalicə planının ən qısa zamanda təyin edilməsinin müalicənin müvəffəqiyyəti üçün böyük əhəmiyyət kəsb etdiyi unudulmamalıdır. Əgər fərd özündə tükənmişlik sindromu olduğunu düşünürsə, dərhal bir səhiyyə müəssisəsinə müraciət edib, öz sahəsində mütəxəssis olan psixiatrla görüşməlidir.

Mənbə: Medical Park 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et