Bu gün:

"Azərbaycanda futbolun inkişafı üçün vahid sistem qurulmalıdır"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi Azərbaycan futbol meneceri Şahin Diniyevdir. Məşqçi Azərbaycanda futbolun inkişafına təsir edə biləcək amillər haqqında danışıb.

-Sizcə, Azərbaycanda futbolu necə inkişaf etdirmək olar?

Azərbaycanda futbolun inkişafı üçün bir çox amillər vacibdir. Bu çox geniş bir məsələdir. Ümumiyyətlə, Azərbaycanda futbolun inkişafına təsir edəcək amillər bir-biri ilə zəncirvari əlaqəlidir. Biz bu amillərə, sadəcə, ayrı-ayrılıqda uşaqlar futbolunun inkişafı, maddi-texniki bazanın gücləndirilməsi, stadionların məşq meydançalarının artırılması, futbolçuların səviyyəsinin artırılması, məşqçilərin maarifləndirilməsi və s. desək, düzgün olmaz. Azərbaycanda futbolun inkişafı üçün vahid sistem qurulmalıdır. Sadaladığımız bütün amillər bir konsepsiya halına salınmalı və o konsepsiya üzrə inkişaf etməlidir.

Cavidan Hüseynli

Paylaş
Şərh əlavə et