Bu gün:

Futbol


Futbol dünyanın ən populyar komanda idman növüdür. Oyunun məqsədi müəyyən vaxt ərzində rəqib komandanın edə biləcəyindən daha çox topu rəqib qapısına vurmaqdır. Topu qapıya ayaqlarınızla və ya bədənin hər hansı digər hissələri ilə (əllərdən başqa) vurmaq olar.


Top oyunlarının bütün qitələrdə məşhur olmasını arxeoloji tapıntılar sübut edir. Qədim Çində "Tsuju" kimi tanınan bir oyun var idi ki, bu futbolu çox xatırladır və eramızdan əvvəl II əsrə aiddir. 2004-cü ildə FİFA-nın məlumatına görə sözügedən oyun müasir futbolun sələflərindən ən qədimi hesab olunur.


Yaponiyada oxşar oyun "Kemari" (bəzi mənbələrdə "Kenatt") adlanırdı. Kemarinin ilk genişmiqyaslı oyun turniri eramızın 644-cü ilinə təsadüf edir. Kemari bu gün də festivallar zamanı Şinto ziyarətgahlarında oynanılır.


Futbol oyununun ilk qaydaları 7 dekabr 1863-cü ildə İngiltərə Futbol Assosiasiyası tərəfindən təqdim edilmişdir. Bu gün futbolun qaydalarını FİFA-nın (4 səslə), həmçinin İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels futbol assosiasiyalarının nümayəndələrinin daxil olduğu Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) müəyyən edir. 1 iyun 2013-cü ildəki rəsmi düzəlişdən sonra futbol qaydaları 17 qaydadan ibarətdir.


Mənbə:srednyadm.ru


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et