Müəyyən qidalar əhval-ruhiyyənizə, diqqəti toplamaq qabiliyyətinə və enerji səviyyənizə müsbət təsir göstərsə də, digər qidalar bədəninizə və zehninizə daha çox mənfi təsir göstərə bilər. Kifayət qədər enerjili olduğunuzdan əmin olmaq üçün biz qaçmalı olduğunuz qidaların siyahısını tərtib etmişik.
Şirniyyatlar və enerji içkiləri
Red bull və ya bir az haribo istifadə etməyin sizə daha çox enerji verəcəyini düşünsəniz də, bu şəkərlə doldurulmuş qəlyanaltıların təsiri gözlədiyinizdən fərqli olacaq. Bu şəkərli maddələr təkcə çəkiniz üçün deyil, həm də yaddaşınız üçün qorxuncdur.
Əvəzedicilər: təzə meyvə (meyvə suyu deyil), təzə meyvə və ya bal ilə qatıq, quru lobya, tünd şokolad
Crisps, pizza...
Məşğul olduğunuz zaman bir sadəcə pizzanı sobaya atmaq rahat olsa da, bütün bu işlənmiş qidalarda yüksək şəkər və fruktoza var ki, bu da maddələr mübadiləsini yavaşlatır, ayıqlığı azaldır və yorğunluq yaradır.
Əvəzedicilər: tərəvəzli humus, brokoli, avokado
Makaron, ağ düyü, çörək, kartof
Bu nişastalı qidaları həzm etmək daha çətindir. Bu kifayət deyilmiş kimi, yüksək karbohidrat tərkibi və glisemik indeks dəyərləri yorğunluq, əhval dəyişikliyi və depressiya əlamətləri ilə nəticələnir.
Əvəzedicilər: bişmiş şirin kartof, qızardılmış toyuq, kələm, qoz-fındıq.
Pendir
Əgər pendir həvəskarısınız, sizə pis xəbərlərim var. Təəssüf ki, əksər pendir növlərinin tərkibində yağ və kalori yüksəkdir ki, bu da sizi ləngidir və özünüzü əzgin hiss etməyinizə səbəb olur. Pendirdən istifadə yaddaşınıza pis təsir ede, beynin iltihabına səbəb ola bilər.
Mənbə:leedsbeckett
Tərcümə etdi: Bənövşə Bağırova
