Bu gün:

Bodişeyminq (bədən ilə utandırma)


"Ay qardaş oğlu, nə vaxtdan bəri səni görmürəm, vay, sən lap arıqlayıb çöpə dönmüsən ki", " Ay qız, nə pis kökəlmisən!"

Biz tez-tez ailə yığıncaqlarında, məktəbdə və ya digər sosial ortamlarda olduğumuz zaman başımıza oxşar vəziyyətlər gəlir. Kiminsə Bədən formasının və ya görünüşünün təhlili hətta ən yaxın dostların söhbətlərindən sosial şəbəkələrdə müzakirə edə biləcəyimiz məsələyə çevrilib. Bu fenomen "bodişeyminq"(bədənə görə utandırma) adlanır.

Bədənə görə utandırmaq halı normal deyil

Bu, insanı yöndəmsiz vəziyyətə salan, və ya görünüşünü tənqid edən davranışdır. Ən yaxın insanların belə etdiyi bədən haqqında şərhlər qədər narahatlıq üçün səbəbdir belə ki, güya bədəni utandıran qurbanı ictimai rəyə uyğun olaraq "yaxşı", "gözəl" və ya "cəlbedici" bir bədənə sahib olmaq üçün daha çox motivasiya edir. Əksinə, bodişeyminq qurbanın həyatına mənfi təsir göstərə bilər, hətta ən saf niyyət ilə edilsə belə. Çünki hər kəs bədəni haqqında fikirləri və bədən normalarını bir fenomen kimi qəbul edə bilməz.

Bədəni utandırmağın mənfi nəticələrindən biri utancdır. Birinin yaşadığı utanc hissi insanı həmişə özünü qüsurlu hesab etməyə məcbur edəcək. İnsan düşünməyə başlayır ki, sahib olduğu bədən normal deyil. Cəmiyyətin tətbiq etdiyi "normalar" bəzən o qədər sıx dilə gətirilir ki, bizi istəmədiyimiz bir şeyə uyğunlaşdırmağa məcbur edir. Bu, depressiyaya və ya daha ağır vəziyyətlərə səbəb olur. 

Həmçinin, unutmayın ki, ciddi standartlar gözləmədiyimiz pis nəticələrə səbəb ola bilər, ciddi pəhrizlər ən yaxşı halda həddindən artıq yeməyə, ən pis halda isə ölümə səbəb olur. Bodişeyminqin yeniyetmə qızlarda baş verən depressiv pozğunluqların mədə pozğunluqlarına səbəb olduğu ilə bağlı tədqiqatlar da var. 2016-cı ilin noyabrında Brandi adlı Texaslı bir yeniyetmə bədən formasına görə eşitdiyi fikirlərdən sonra intihar etdi. Bu təsəvvür etməyimizə kömək edir ki, insanların bədəninin şərhi onların həyatına necə çox pis təsir göstərə bilər.

Mənbə:dzen.ru 

Tərcümə etdi:Leyla Əliyeva

Paylaş
Şərh əlavə et