Bu gün:

Quru nanənin faydaları nələrdir


Xörəklərə verdiyi ləzzət və təravətləndirici qoxusu ilə tanınan nanənin sağlamlığa faydaları çoxdur. Ölkəmizdə daha çox mülayim və subtropik bölgələrdə yetişdirilən 7 fərqli nanə növü var. Ölkəmizdə yetişdirilən nanə efir yağı baxımından yüksək keyfiyyətlidir.

Nanənin uzunluğu təqribən 30-90 sm, yarpaqları bir qədər tüklüdür. Nanənin bir çox bilinməyən xəstəliklərə faydası var. Quru nanə göz, mədə, dəri və s. üçün faydalıdır.

Quru nanənin faydaları nələrdir?

Nanənin gözəl və təravətli qoxusu yeməklərə fərqli bir ətir əlavə edir,həm də yeməklərə dad qatır. Çox təsirli bəlğəmgəti-ricidir və təkrarlanmasının qarşısını alır.
Qurudulmuş nanə ilə də nanə çayı hazırlaya bilərsiniz. Məlumdur ki, nanə çayı bir çox xəstəliyə faydalıdır. Xüsusilə nanə çayı ilə həzm və qaz problemlərinin qarşısını almaq olar.

Nanə tərkibində A vitamini, C vitamini, dəmir və manqan kimi minerallar var. Bunlar həm sağlamlıq, həm də dəri üçün faydalıdır. Damar tutulmasının qarşısını alır.
Quru nanə mövsümi allergiyanı aradan qaldırmağa kömək edir.

Ümumiyyətlə, soyuq qış aylarında qızdırma və soyuqdəyməyə yaxşı təsir edir. Bunun üçün çoxlu nanə istifadə etmək lazımdır.

Mənbə: Hürriyyət
Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et