Bu gün:

Kəklikotunun faydaları


Kəklikotu nədir?

Kəklikotu yol kənarlarında, boş yerlərdə, çəmənliklərdə və meşələrdə bitən çoxillik bitki növüdür. Ballibaba ailəsindəndir. Dünyanın bir çox yerində öz-özünə böyüyə bilən kəklikotu mətbəxlərin vazkeçilməz ədviyyatları arasındadır. Xüsusilə qırmızı ət ilə yeyildikdə faydalıdır.

Kəklikotu nə üçün faydalıdır?

Kəklikotunun insan sağlamlığı üçün bir çox faydası olduğu sübut edilmişdir. Qədim dövrlərdən bəri istifadə edilən kəklikotu mədədə şişkinliyin qarşısını almaqda xüsusilə faydalıdır.

Kəklikotunun faydaları nələrdir?

Bədənə zərər verən bakteriya və mikroblarla mübarizə qabiliyyətinə malikdir. Xərçəngin yaranmasının qarşısını alır.

Kəklikotu böyrəklərdə qum və ya daş əmələ gəlməsinin qarşısını alan xüsusiyyətlərə malikdir.

Onun beyinə faydası müəyyən edilib. Yaddaş gücləndirici təsirə malik bitki konsentrasiyanı yaxşılaşdırır. 

Kəklikotu yağ halına gətirildikdən sonra saç üçün istifadə edilə bilər. Saç köklərinə tətbiq edilərsə, kəpək əmələ gəlməsinin qarşısını ala bilər. 

İdmançılar üçün tövsiyə olunan bitki növlərindən biridir. Sağlamlığı hər cəhətdən qoruyan kəklikotu xüsusilə yorğunluqla mübarizədə istifadə edilə bilər.

Mənbə: Hürriyet

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et