Bu gün:

Xərçəng xəstəliyi haqqında miflər


İnternet xərçəngə nəyin səbəb olduğu və nəyin səbəb olmadığı və xəstəliyi necə müalicə etmək barədə yanlış məlumatlarla doludur. Gəlin bu miflərdən bəzilərini məhv edək.

Bir çox mif yaxşı niyyətli dostlar və ailə üzvləri tərəfindən yayılır. Bu miflər tez-tez xəstələrə yaşadıqlarından daha çox stress yaşamalarına səbəb olur. Diaqnozunuzu başa düşmək müalicə planınızla irəliləmənin vacib hissəsidir.

Şəkər yemək xərçəngin böyüməsinə səbəb olur
Bir peçenye və ya bir parça tort yemək əlbətdə ki xərçənginizi şiddətləndirməyəcək. “Tədqiqatlar xərçəng hüceyrələrinin normal hüceyrələrdən daha çox şəkər (qlükoza) qəbul etdiyini göstərsə də, heç bir araşdırma şəkər yeməyin xərçənginizi daha da pisləşdirəcəyini və ya şəkər yeməyi dayandırsanız, xərçənginizin zəifləyəcəyini və ya yox olacağını göstərməmişdir.
Xərçəng xəstəliyinə tutulmağınız o demək deyil ki, zövq aldığınız qidalardan istifadəni dayandırmalısınız.

Şiş bərkdirsə, əməliyyata ehtiyacınız olmayacaq
Bütün şişləri kiçiltmək və ya xərçəngin qayıtma şansını azaltmaq üçün başqa müalicə formalarından istifadə edilsə belə, əməliyyata hər zaman ehtiyac ola bilər.

Hamilə qadınlar xərçəngdən müalicə oluna bilməz
Xərçəng xəstəliyinin əlamətlərini hiss edən qadınlar dərhal həkimə müraciət etməlidirlər, çünki erkən tibbi yardım həm ana, həm də körpə üçün daha yaxşı nəticələr yaradacaq. Hamiləlik dövründə xərçəng diaqnozu qoyulmuş qadınların hələ də sağalmaq şansı var.
Xərçəng terapiyasından sonra saçlar heç vaxtuzanmayacaq
Xərçəng terapiyası alan xəstəni təsvir edəndə gözümüzdə saçsız insan canlanır, lakin bu hal uzunmüddətli deyil, xəstələrin saçı uzana bilir.

Xərçəng həmişə geri qayıdacaq
Əksər hallarda, erkən mərhələlərdə - I və II mərhələlərdə xərçəngin geri qayıtma şansı azdır.
Hətta sonrakı mərhələlərdə də xəstəliyin geri dönməyəcəyinə ümid var.

Mənbə: National Cancer İnstitute

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et