Bu gün:

Parkinson xəstəliyi


Parkinson xəstəliyi əllərdə titrəmə ilə başlayan, əzələ sərtliyi və tarazlığın itirilməsi kimi nəzarət çatışmazlığı əlamətlərini göstərən, dopamin səviyyələrinin azalmasına səbəb olan, beyin sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan yavaş inkişaf edən nevroloji xəstəlikdir. 

Parkinson xəstəliyi daha çox 60 yaşdan yuxarı insanlarda müşahidə olunan mütərəqqi və ya degenerativ beyin xəstəlikləri adlanan xəstəlik qruplarından biridir. Beyin hüceyrələri arasında elektrik əlaqəsini təmin edən maddələrdən (neyrotransmitter) biri dopamindir. 

Dopaminlə işləyən beyin bölgəsi hərəkətlərimizin məqsədə uyğun həyata keçirilməsini təmin edən, başqa sözlə hərəkətlərimizin incə tənzimlənməsini təmin edən bölgədir. 

Parkinson xəstəliyi dopaminlə əlaqə saxlayan hüceyrələrin 60-80 faizinin itirilməsi ilə baş verir. Parkinson tapıntıları xəstələr arasında, xüsusən də ilkin dövrdə dəyişir.

Mənbə: Memorial
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et