Bu gün:

Göz təmasının əhəmiyyəti


Hamımızın bildiyi kimi, göz təması qurmaq vacib bir sosial işarədir. “Mənimlə danışanda gözümün içinə bax!”, “Gözünü məndən çəkə bilmədin”, “Mənə belə baxma!”  və daha bir çoxları... Bütün bu ifadələr təkcə göz təmasının sosial həyatımızda nə qədər vacib olduğunu vurğulayır. 

Nyuyorkdakı Ohayo Dövlət Universitetindən sosial psixoloq James Wirth sosial münasibətlərdə göz təması qurmağın vacibliyini aşağıdakı sözlərlə ifadə edir:

"Göz təması sizə sosial qarşılıqlı əlaqə zamanı ən güclü məlumat verir, çünki o, emosiyalar və niyyətlər haqqında təfərrüatları ehtiva edir.  Bundan əlavə, göz təması qurmaq o qədər vacibdir ki, kimsə qısa bir anlıq da olsa sizdən uzaqlaşsa, özünüzü kənarda hiss edəcəksiniz".

Bundan əlavə, göz təmasının əhəmiyyəti haqqında anlayışımız genlərimizə möhkəm bağlanmış kimi görünür. Yeni doğulmuş körpələrin instinktiv olaraq baxışlarını onlara baxanlara yönəltmələri bunun yaxşı nümunəsidir. James Wirth tərəfindən aparılan bir araşdırma beş günlük körpələrin uzağa baxan insanların üzünə baxmaqdansa, onlarla birbaşa göz təması quran insanların üzünə baxmağa üstünlük verdiyini ortaya qoyur. Bu göstərir ki, insanlarda göz təması inkişafın ən erkən mərhələlərində yaşamaq instinktləri ilə bağlıdır.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et