Bu gün:

Niyə bəzən heç bir səbəb olmadan kədərlənirik?


Bəzən heç bir səbəb olmadan əsəbləşirik və inciyirik. Bu emosional vəziyyətin heç bir səbəbi yoxdur. Bir müddət sonra biz kədərə alışırıq və buna meyl hiss etməyə başlayırıq. Kədər artıq qaçınılması lazım olan bir vəziyyət deyil, hər hansı digər vəziyyət kimi bir asılılıqdır. 

Bu mərhələdə biz buna layiq olduğumuza və onu dəyişdirmək şansımızın olmadığına inanmağa başlayırıq. Bu inanclar dəyişmək səylərini aradan qaldırır və bizi dərin kədər vəziyyətinə gətirir. İrrasional Kədər nədir? Bu vəziyyəti hamımız zaman-zaman yaşasaq da, ifadə edəcək bir terminimiz yoxdur. Əslində "hipofeniya" termini əsassız hüzn deməkdir, lakin bu termin insanlar arasında əqli qüsurlu insanları ifadə etmək üçün işlədildiyi üçün ilkin elmi mənasını oyatmayıb. 

Bu yazıda; Adı və ya aydın səbəbi olmayan kədərin yaranmasının səbəbləri ümumiləşdirilir. Məntiqsiz kədərin də səbəbləri var! Şüuraltımız saysız-hesabsız keçmiş təcrübələrin yükünü daşıyır. Yaddaşımız çoxlu anlarla və məlumatlarla doludur. Bəzi stimullar (eşitmə, vizual və s.) bu anlardan birini, hətta bir neçəsini eyni anda işə sala bilər. Bu yaddaşdan şüurumuzla xəbərdar olmasaq da, o yaddaşla bağlı hisslərimiz xəbərdarlıq təsiriylə gün üzünə çıxır. Bu kədərli vəziyyət bəzən o qədər güclü olur ki, insan heç nə etmək istəmir. Üstəlik, problemin mənbəyini bilməmək vəziyyəti daha da yorur.

Mənbə: Olağanüstükanıtlar

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et