
1- Qara Vəba (75-200 milyon insan)
1347-ci ildə baş verən Vəba pandemiyası dünyada ən çox ölümə səbəb olan pandemiyalardan biridir. Xəstə insanların öldükdən sonra cəsədləri qısa müddətdə bənövşəyi-qara rəngə çevrildiyi üçün qara ölüm də adlandırılan xəstəlik 1346-1353-cü illər arasında Avropa, Asiya və Şimali Afrikada 75-200 milyon insanın ölümünə səbəb olub. Qara ölüm nəticəsində dünya əhalisinin sayı 17-54%, Avropa əhalisinin sayı isə 30-60% azaldı.
2- Çiçək xəstəliyi (56 milyon)

Virus mənşəli yoluxucu xəstəlik olan çiçək xəstəliyi yoluxmuş şəxsin bədəninin bütün nahiyələrində irinli qabarcıqların əmələ gəlməsinə səbəb olur. Bu virusa yoluxmuş insanların təcrid olunması və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1967-ci ildən bütün dünyada həyata keçirdiyi aqressiv peyvənd proqramı nəticəsində 1980-ci ilin mayında xəstəlik yer üzündən silinib. 1980-ci ilə qədər çiçək xəstəliyindən təxminən 56 milyon insanın həyatını itirdiyi təxmin edilir.
3- İspan qripi (40-50 milyon)

Birinci Dünya Müharibəsindən sonra Donuz qripi kimi tanınan H1N1 virusunun alt növünün yaratdığı qrip epidemiyasında 40-50 milyon insan həyatını itirib. Epidemiya İspaniyada başlamasa da, “İspan qripi” adlandırılmasının səbəbi epidemiya mövzusunun ilk dəfə I Dünya Müharibəsində iştirak etməyən İspaniyada mətbuatında gündəmə gəlməsidir.
4- Yustinian taunu (30-50 milyon)
Tarixdə ilk vəba epidemiyası sayılan Yustinian vəbası 541-549-cu illər arasında baş verib. Qlobal miqyasda 30-50 milyon insanın ölümünə səbəb olan vəba, ilk növbədə Şərqi Roma İmperiyasını və onun paytaxtı Konstantinopolu, həmçinin Sasani İmperiyasını və Aralıq dənizi ətrafındakı bütün liman şəhərlərini əhatə edib. Vəba adını dövrün Bizans imperatoru Yustiniandan almışdır.
5- İİV/QİÇS (35 milyon)

QİÇS Mərkəzi və Cənubi Afrikada 1980-ci illərin əvvəllərində ortaya çıxdı. QİÇS-in ilk məlum forması 1981-ci ildə ABŞ-da Nyu-York və Kaliforniyada qeydə alınıb. İnsan İmmunçatışmazlığı Virusunun (İİV) yaratdığı Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) nəticəsində bu günə qədər təxminən 35 milyon insan dünyasını dəyişib.
6- Cocoliztli epidemiyası (15 milyon)
İndiki Meksika və Qvatemalaya uyğun gələn Yeni İspaniya kimi tanınan bölgədə 16-cı əsrdə meydana gələn hemorragik epidemiya kimi tanınan xəstəlik nəticəsində 15 milyona yaxın insan həyatını itirib. İspan müstəmləkəçilərinin gəlişindən sonra baş verən epidemiya ilə bağlı tif, qızılca və ya çiçək xəstəliyi ilə bağlı nəzəriyyələr olsa da, xəstəliyin nədən qaynaqlandığı hələ də açıqlanmayıb. Xəstəlik bölgənin yerli Nahuatl dilində xəstəlik və ya pis kimi tərcümə edilə bilən "cocoliztl" sözü ilə adlanırdı.
7- Antonin epidemiyası (15 milyon)

Antonin vəbası və ya Qalen vəbası kimi tanınan epidemiyanın 165-180-ci illər arasında baş verdiyi təxmin edilir. Epidemiyanın çiçək və ya qızılca xəstəliyindən qaynaqlandığı güman edilir. Roma İmperiyasında böyük dağıntılara səbəb olan epidemiyanın Antonin adlandırılmasının səbəbi, xəstəlik zamanı həyatını itirən imperatorlar Lucius Verus və Markus Aureliusun sülalə adlarının Nerva-Antonine olması idi. Epidemiyanın taun adlandırılmasının səbəbi odur ki, zaman keçdikcə ingiliscə taun sözü bütün pandemiyalar üçün işlədilməyə başlanmasıdır. Antonin epidemiyasının 15 milyona yaxın insanın ölümünə səbəb olduğu təxmin edilir.
8- Üçüncü vəba epidemiyası (12 milyon)
1855-ci ildə Çinin Yunnan şəhərində başlayan vəba epidemiyası tarixin ən ölümcül epidemiyalarından biri kimi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının 1960-cı ilə qədər aktiv hesab etdiyi virusdan əksəriyyəti Hindistan və Çindən olan təxminən 12 milyon insan həyatını itirdi.
9- Covid-19 Pandemiyası (7 milyon)

2019-cu ilin dekabr ayının əvvəlində Çinin Uhan bölgəsində görülən, insandan insana keçən və tənəffüs yolu infeksiyasına səbəb olan COVID-19 üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 30 yanvar 2020-ci il tarixində qlobal sağlamlıq fövqəladə vəziyyəti elan edilmişdir. 11 mart 2020-ci il tarixində virus qlobal epidemik xəstəlik (pandemiya) kimi müəyyən edilmişdir. 2020-ci ilin mart ayından həyatımıza daxil olan COVID-19 səbəbiylə indiyədək 7 milyona yaxın insan həyatını itirib.
Mənbə: dogrulukpayi
Tərcümə etdi: Sevil İsmayılova
