Cəmiyyətdə cinayətkar olan insanlara çox vaxt asosial şəxsiyyət pozğunluğu diaqnozu qoyulur. Sosiopatiya və psixopatiya olaraq təyin oluna bilən bu problem, adətən, 18 yaşından etibarən insanları təsir etməyə başlayır.
Məktəbdən yayınma, evdən qaçma, daim döyüşkənlik nümayiş etdirmə kimi davranış pozğunluqları ilə özünü göstərir. Bu problemi olan insanlar vəzifələrini yerinə yetirə bilmədiklərinə görə işdən qovulurlar, tez-tez iş yerlərini dəyişirlər və tənha qala bilərlər. Maddi asılılıq kimi pis vərdişlər maddi cəhətdən yaxşı olanları gözləyir. Bu insanlar həyatda uğur qazana bilmədiklərindən ətrafdakı insanlarla anlaşa bilmirlər və özlərini daim mübarizə aparacaqları vəziyyətdə tapa bilmirlər.
Asosial insanlar arasında aparılan araşdırmaya görə:
Uşaqlıqda başqaları tərəfindən sevilməyiblər
Ailə münasibətlərində pozğunluq var
Onlar tez-tez evdən qaçmağa meyillidirlər
Bu vəziyyətə gəlməkdə yaşayış şəraitinin təsirli olduğunu göstərən izahatlar tapıldı.
Asosial olmamaq üçün nə etmək lazımdır?
Bu xüsusiyyətə malik biri olmamaq üçün insanın özü ilə vaxt keçirmək əvəzinə, teatra, kinoya getməsi, idmanla məşğul olması təsirlidir. Bu yolla həm yeni dostlar qazana, həm də sosiallaşma imkanı təmin edilə bilər. Kompüter qarşısında vaxt azaldılmalı, insanlar cəmiyyətə daha çox cəlb edilməlidir.
Asosiallıq xəstəlikdirmi?
Bu problemin özü bir xəstəlik olmasa da, bir çox xəstəliklərin səbəbi ola bilər. İnsanda nevroloji və ruhi xəstəliklər, piylənmə, mədə pozğunluqları, bağırsaq problemləri ola bilər. Özünü cəmiyyətdən təcrid edən və tək qalmağı seçən insanlar asosial olurlar. Bundan xilas olmaq üçün onların sosiallaşması lazımdır. Hər şey insanın iradəsindən asılıdır. Asosyal olmağı üstün tutduqları kimi, sosial olmağı da bacarırlar.
Mənbə: psikolojik.gen
Tərcümə etdi: Gülay Qəribova
