Bu gün:

Nəhəng gəmilər necə üzür?


İnsanlar bir cismin uçması üçün 18 əsr gözlədilər. Lakin onlar bir cismin necə üzdüyünü çox erkən kəşf etdilər. Məlumdur ki, dünyada ilk gəmi eramızdan əvvəl 4 mininci ildə misirlilər tərəfindən icad edilib.


Bir çox insanlar ağacdan hazırlanmış gəmilərin necə üzdüyünü, az-çox başa düşə bilir, lakin suyun üzərində necə böyük dəmir yığınlarının qaldığını anlaya bilmirlər. Doğrudan da, bu nəhəng dəmir yığınları suyun üstündə necə dayana bilər? Gəmilər necə üzür? Gəlin birlikdə öyrənək.


Gəmilər, ən sadə formada, suyun üzərində qalmaq və içindəki hava ilə birlikdə üzmək üçün suyun üzmə qabiliyyətindən istifadə edirlər. Suyun sıxlığından daha ağır olan cisimlər suda batır, suyun sıxlığından daha yüngül olan cisimlər isə suyun səthində üzür.


Nəhəng dəmir gəmilər suyun sıxlığından daha ağır olduqları üçün əvvəlcə batmaq ehtimalı var, lakin onların tərkibində nəhəng hava kütlələri olduğu üçün suda qalmağı bacarırlar.


Təbii ki, bu, göründüyü qədər sadə deyil. İş o yerə çatıb ki, gəminin mühəndisləri nəhəng dəmir yığınlarının suyun üstündə qalması üçün çox çalışırlar. 


Bəs gəmiləri suyun üstündə 

saxlayan bu sıxlıq tam olaraq nədir?


Sıxlıq maddənin kütləsinin həcminə nisbətinə aiddir. Bu vəziyyəti bir az daha izah etmək üçün həcm və kütlənin nə olduğuna baxmaq lazımdır.


Həcm: Bir cismin kosmosda və ya kainatda tutduğu yerdir.


Kütlə: Cisimdəki maddə və ya atomların miqdarı kimi ifadə edilir. 


Bu halda sıxlıq cismin tutduğu maddə və atomların miqdarının nisbəti kimi ifadə edilir. Bir sözlə, nəhəng dəmir gəmilərin suda qalma qabiliyyəti onların sıxlığından asılıdır.


Mənbə: tamindir.com 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et