
İnsanlar indi ailə üzvləri ilə birlikdə süfrə arxasında oturmaq vərdişlərini itiriblər. Ancaq bu ənənəni və vərdişi canlandırmaq üçün bir çox səbəblər var.
1-Ailə vaxtı
Ailəvi yeməyin ən mühüm səbəblərindən biri də keyfiyyətli vaxt keçirməyinizə imkan verməsidir. Məktəb, iş və digər fəaliyyətlər o qədər çox vaxt aparır ki, ailə üzvlərinə kifayət qədər vaxt ayırmaq olmur. Birlikdə masa arxasında oturmaq sizə istirahət etmək, bir-birinizlə ünsiyyət qurmaq şansı verir.
2- Danışmaq
Ailə üzvlərinizlə gündəlik məsələlər və ya vacib məsələlər haqqında nə qədər tez-tez danışırsınız? Birlikdə yemək vacib xəbərləri paylaşmaq və ya hər şeyin qaydasında olub olmadığını öyrənmək üçün düzgün mühit yaradır. Televiziya qarşısında nimçədə tez hazırlanan qəlyanaltılar və ya yeməklər yemək sosiallaşmaq üçün yaxşı yol deyil.
3- Əxlaq
Valideynlər övladlarının gözəl əxlaqlı olmasını istəyirlər və buna nail olmağın yollarından biri də ailə kimi yeməkləri bölüşməkdir. Uşaqların nəzakətli olmağı, vaxtında gəlməyi və ev işlərini bölüşməyi öyrənmək üçün çox səmərəli seçimdir. Bir gözü ilə televizorda yemək yeməyə icazə versən, süfrə adabını öyrənməyəcəklər.
4- Daha yaxşı yeyin
Daha sağlam, daha yaxşı və daha şüurlu bir pəhriz tələsmədən, qayğı ilə və evdə hazırlanmış yeməklərlə qurulan süfrələrdə əldə edilir.
5- Rahat yemək
Ailəcə masa arxasında oturmaq təkcə bir masa arxasında oturub yemək yemək demək deyil. Bu həm də istirahətə səbəb olan bir ritualdır. Hər kəsə uzun bir günün ardından oturmaq, dincəlmək və stresdən uzaqlaşmaq imkanı verir.
6- Sosiallaşma
Birlikdə yemək sizi ictimailəşdirir, bu hər kəs üçün yaxşıdır. Yeməkləri bölüşmək bir cəmiyyəti birləşdirən vacib elementdir. Bu, həm də uşaqlar böyüdükdən sonra yenidən birləşmək və öz həyatlarını qurmaq şansı verəcəkdir.
7- Daha az iş
Hər kəs üçün ayrı-ayrı yeməklərin hazırlanması, qabların müxtəlif vaxtlarda yuyulması və qarışıqlıq daha çox iş və yorğunluq yaradır. Bununla belə, hazırlanmış və birlikdə oturub yeyilmiş yeməklər həmişə daha az yorucu, lakin daha dadlıdır.
Mənbə: mhthayat com
Tərcümə etdi: Sevil İsmayılova
